
2 iyul – Azərbaycan Polisi Günü münasibətilə ölkəmizin hər yerində hüquq-mühafizə orqanlarının əməkdaşlarına dərin ehtiram ifadə edilir. 107 illik şərəfli tarixə malik Azərbaycan Polisi bu gün də qanunun aliliyini qoruyan və dövlətin sütunlarından biri olaraq fəaliyyətini uğurla davam etdirir.
Bu münasibətlə Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyevi səmimi qəlbdən təbrik edirik!
Ədalət Əliyev illərdir polis sistemində peşəkar fəaliyyəti, prinsipiallığı və qətiyyətli qərarları ilə tanınan bir rəhbərdir. Onun Mingəçevirdə yaratdığı təhlükəsizlik və sabitlik mühiti şəhər əhalisi tərəfindən dərin etimadla qarşılanır. Tabeliyində olan əməkdaşlarla ədalətli və şəffaf idarəetmə tərzi, vətəndaşlara yönəlik səmimi yanaşması onun rəhbərlik etdiyi idarəni nümunəyə çevirib.
Ədalət Əliyev yalnız inzibati işlərlə deyil, həm də gənclərlə hüquqi maarifləndirmə işləri, şəhid ailələrinə qayğı, ictimai dəstəklərlə də cəmiyyətin yanında olduğunu daim sübut edib.
Kanal7.az kollektivi olaraq polkovnik Ədalət Əliyevə cansağlığı, möhkəm iradə və xidmətində uğurlar arzulayırıq. Onun timsalında Mingəçevirdə hüququn keşiyində duran bütün zabitlərə təşəkkür edirik!
Bölməyə aid digər xəbərlər