Azərbaycan xalqının yaddaşında dərin iz qoyan, dövlətçilik düşüncəsinin zirvəsində dayanan, siyasi iradəsi və müdrikliyi ilə bir xalqın taleyini dəyişən Heydər Əliyev hər il olduğu kimi, dekabrın 12 də böyük sevgi və ehtiramla yad edilir. Onun xatirəsi yalnız tarixdə deyil, eyni zamanda bu günün reallığında, Azərbaycanın hər bir uğurunda, hər bir inkişaf mərhələsində öz əksini tapır. Onun qurduğu dövlətçilik məktəbi bu gün də yaşayır, inkişaf edir və Azərbaycanı daha böyük zirvələrə aparır.
Ulu öndərin Azərbaycan üçün gördüyü işlər nə yalnız siyasi addımlardan, nə də idarəçilik bacarığından ibarət idi. O, eyni zamanda bir xalqın özünə inamını bərpa edən, milli ruhunu dirçəldən, dövlətçilik şüurunu yenidən formalaşdıran lider idi. Onun rəhbərliyi altında Azərbaycan təkcə siyasi sistemini deyil, həm də milli kimliyini, dövlət olaraq mövcudluğunu möhkəmləndirdi.
Heydər Əliyev xalqın ağır, çətin, bəzən çıxılmaz görünən günlərində xilaskar kimi meydana çıxmış, Azərbaycanı həm daxili çətinliklərdən, həm də xarici təzyiqlərdən qoruyaraq sabit və güclü dövlətə çevirmişdi. O, dövlətin əsaslarını o qədər möhkəm qurmuşdu ki, bu gün də həmin təməl üzərində inamla irəliləyirik. Məhz bu səbəbdən onun adı Azərbaycan dövlətçiliyinin sinoniminə çevrilmişdir.
Azərbaycanın müstəqilliyi Heydər Əliyevin ən böyük amal və məqsədi idi. O, bu müqəddəs ideyanı gerçəkləşdirmək üçün bütün həyatını dövlətə və xalqa həsr etdi. Onun hər addımı, hər sözü, hər siyasi qərarı bu amallara xidmət edirdi. Ulu öndər müasir Azərbaycanın ideya müəllifi, konsepsiya yaradıcısı və qurucusu oldu.
O, xalqımızı tarixin sınaqlarından uğurla çıxarmaqla yanaşı, gələcək inkişaf üçün də strateji yol göstərdi. İdarəçilikdə tətbiq etdiyi dəqiq və ağıllı siyasət ölkədə sabitlik yaratdı, iqtisadi inkişafın əsasını qoydu və Azərbaycanın dünya birliyində layiqli yer tutmasına imkan verdi. Bu gün Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınırsa, bunun təməli məhz Heydər Əliyevin uzaqgörən siyasətindədir.
Ulu öndərin siyasi kursunun prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi isə bu tarixi irsin canlılığının göstəricisidir. İlham Əliyev təkcə atasının siyasi xəttini davam etdirmir, eyni zamanda onu yeni dövrün tələblərinə uyğun daha da inkişaf etdirir, Azərbaycanı dünyada güclü dövlətə çevirir.
Bu gün Azərbaycan dinamik inkişaf edən, söz və nüfuz sahibi olan bir ölkəyə çevrilmişdir. Regional layihələr, beynəlxalq əməkdaşlıqlar, iqtisadi tərəqqi və siyasi güc ölkəmizin mövqeyini hər gün daha da möhkəmləndirir. Bu inkişafın arxasında ulu öndərin müəyyən etdiyi strateji xətt dayanır.
Xalqımız üçün ən böyük tarixi dönüşlərdən biri, əlbəttə ki, torpaqlarımızın işğaldan azad olunmasıdır. Bu qələbə hər bir azərbaycanlının həyatına sevinc, qürur və güvən gətirdi. Bu tarixi missiyanın başında dayanmış Ali Baş Komandan İlham Əliyev həm döyüş meydanında, həm də diplomatik sahədə parlaq liderlik nümayiş etdirdi.
Şuşanın azad olunması, Qarabağın bütövləşməsi yalnız hərbi uğur deyil, həm də Heydər Əliyev ideyalarının davamı idi. Çünki ulu öndərin ən böyük arzularından biri dövlətimizin ərazi bütövlüyünün bərpası idi. Bu gün həmin arzular reallaşmış, o müqəddəs torpaqlarda yenidən həyat başlamışdır.
Azad olunan torpaqlarda böyük quruculuq işləri aparılır. Şəhərlərimiz dirçəlir, kəndlərimiz yenidən tikilir, yollar, məktəblər, xəstəxanalar, hava limanları inşa edilir. Hər gün daha çox insan öz doğma yurdlarına qayıdır. Bu böyük dönüşün təməlində xalqın birliyi, dövlətin gücü və ulu öndərin yaratdığı möhkəm idarəçilik məktəbi dayanır.
Heydər Əliyevin xalq sevgisi tükənməz idi və bu sevgi qarşılıqlı idi. O, xalqına yalnız bir lider kimi yox, həm də bir ata kimi yanaşırdı. Dövlət quruculuğunu xalqla birlikdə aparır, hər bir insanın səadətini öz şəxsi məsuliyyəti kimi qəbul edirdi. Buna görə də xalq onu bu gün də eyni sevgi ilə yad edir.
Ulu öndərin xatirəsi xalqın qəlbində yalnız bir gün deyil, hər gün yaşayır. Onun adı çəkiləndə azərbaycanlıların gözlərində hörmət, minnətdarlıq və qürur hissi yaranır. Çünki Heydər Əliyev bir insan ömründən də böyük bir miras qoyub getmişdir.
Bu gün müstəqil Azərbaycan Respublikasının hər uğuru Heydər Əliyevin ideyalarının yaşadığını göstərir. O, tarixə yalnız böyük siyasətçi kimi deyil, həm də bir milləti ayağa qaldıran əzm, müdriklik və iradə simvolu kimi düşmüşdür.
Onun yaratdığı dövlətçilik modeli bu gün də öz gücünü qoruyur, zamanın sınaqlarından keçib daha da möhkəmlənir. Bu modelin əsasını milli həmrəylik, dövlət maraqları, xalqın rifahı və güclü Azərbaycan ideyası təşkil edir.
Xalqımızın ona olan hörməti illər keçdikcə daha da böyüyür. Bu hörmət təkcə tarixi şəxsiyyətə deyil, həm də Azərbaycanı sevən, ona canını, ömrünü verən bir insana olan ehtiramdır. Bu sevgi illərin, əsrlərin belə dəyişməyəcəyi bir dəyərdir.
Heydər Əliyev Azərbaycan üçün gördükləri ilə ölümsüzləşmişdir. Onun qoyduğu əbədi izləri silmək mümkün deyil. Məhz buna görə onun anım günü yalnız xatırlama deyil, həm də böyük minnətdarlıq günüdür.
Bu gün Azərbaycan xalqı ulu öndərin ruhu qarşısında baş əyir, onun dahi şəxsiyyətini ehtiramla yad edir. Onun bizə miras qoyduğu dövlətçilik dəyərlərini yaşatmaq isə hər bir azərbaycanlının borcudur.
Heydər Əliyevin həyat yolu, mübarizəsi, fədakarlığı və dövlətçilik irsi gələcək nəsillər üçün ən qiymətli məktəbdir. Bu məktəb bizi sabaha daha inamla aparır, daha böyük uğurlara ruhlandırır.
Onun adı Azərbaycan tarixinin ən şərəfli səhifələrində sonsuza qədər yaşayacaq. Xalqımızın qəlbində yanan bu sevgi, bu ehtiram heç vaxt sönməyəcək. O, Azərbaycan xalqının yaddaşında daim yaşayan bir dəyər, bir ideya, bir örnək olaraq qalacaq.
Ulu öndərin anım günü mərhəmətlə, ehtiramla və böyük hörmətlə qeyd edilir. Onun həyat yolu hər kəs üçün nümunə, onun irsi isə dövlətimiz üçün yol xəritəsidir.
Bu gün gənclərimizin Heydər Əliyev ideyaları ilə böyüməsi, dövlətçilik düşüncəsinə sadiq olması ulu öndərin ruhuna ən böyük ehtiramdır. Çünki onun arzusu güclü, birləşmiş və nüfuzlu Azərbaycan idi.
Bu arzular bu gün reallaşdırılır, Azərbaycan yeni zirvələrə doğru inamla irəliləyir. Bu inkişafın və gücün mayasında isə ulu öndərin qoyduğu təməl dayanır. Onun adı, onun ideyaları və onun yaddaşı Azərbaycan xalqının ürəyində əbədiyaşardır.
Bölməyə aid digər xəbərlər








