
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq üçün sənədlər təqdim etməyib.
Bu barədə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında Nikol Paşinyanın Ermənistanla KTMT arasında münasibətlərin geridönülməz nöqtəni keçdiyi barədə bəyanatını şərh edərkən bildirib.
“Xeyr, belə bir sənəd daxil olmayıb. Biz bu söhbətləri eşidirik, Ermənistanın baş naziri parlamentdə bu mövzuda çox danışıb, müzakirə edib. Biz heç kimə heç nəyi məcbur etmirik. Biz əminik ki, KTMT-yə üzvlükdən maksimum istifadə etmək Ermənistanın təhlükəsizliyinin maraqlarına uyğundur”, - deyə Lavrov bildirib.
Rusiyalı nazir qeyd edib ki, təşkilatdan çıxmaq “indiki Ermənistan rəhbərliyinin suveren hüququdur”.
“Rusiya və KTMT-nin digər üzvləri İrəvana qapıları bağlamaq kimi qəbul ediləcək heç bir addım atmayıb və atmaq niyyətində deyilik”, - deyə Lavrov əlavə edib.(publika.az)
Bölməyə aid digər xəbərlər










Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.