
"Polşa və Litva Belarus üçün ciddi təhlükə yaradır. Bu təhlükə müharibə edən Ukraynanın yaratdığı təhlükədən daha böyükdür".
Bunu Belarus lideri Aleksandr Lukaşenko deyib.
O əlavə edib ki, hərbi birliklər sərhədimizdən 15 kilometr uzaqda yerləşdirilib: "Almaniya da daxil olmaqla, digər dövlətlərin NATO silahlı qüvvələri ora yerləşdirilir. Burada da vəziyyət çox gərgindir. Bir sözlə, bu, bizi çox narahat edir”.
Lukaşenko Belarusun müdafiəsinin etibarlı təminatı məqsədi ilə Rusiyadan yeni silah sistemlərinin, o cümlədən “Oreşnik” raketlərinin ölkəsində yerləşdirilməsini istəyib. "Bu raketləri yerləşdirmək üçün yerlərimiz var. Bizim şərtimiz var ki, raket hədəfləri Belarusun hərbi və siyasi rəhbərliyi tərəfindən müəyyən edilsin", - Lukaşenko qeyd edib.
Rusiya prezidenti Putin də “Oreşnik” ballistik raket sistemini gələn il Belarusda yerləşdirəcəklərini açıqlayıb. "Düşünürəm ki, bu, “Oreşnik” raketinin kütləvi istehsalına başlaması şərti ilə gələn ilin ikinci yarısında mümkün olacaq", - Putin qeyd edib.
Bölməyə aid digər xəbərlər










Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.