
İsrail qüvvələri 1973-cü ildən bəri ilk dəfə Colan (Qolan) təpələrində bufer zonanı keçərək Suriya ərazisinə daxil olublar.
İsrailin baş naziri Benyamin Netanyahu müdafiə naziri İsrael Katsa Colan təpələrindəki bufer zonanı ələ keçirməyi tapşırıb.
Baş nazir bildirib ki, İsrail heç bir düşmən qüvvələrin sərhəddə mövqe tutmasına icazə verməyəcək.
Bundan əlavə, İsrailin dövlət televiziyası KAN da İsrail ordusunun Colan təpələrində Şeyx dağını işğal etdiyini təsdiqləyib.
İsrail ordusu nəzarətə götürdüyü ərazilərdə vurulan hədəflər arasında kiçik kimyəvi silah anbarları, radarla təchiz edilmiş batareyalar, Rusiya istehsalı olan hava hücumundan müdafiə sistemləri və “Skad” raketlərinin olduğunu bildirib.
Onu da qeyd edək ki, Əsəd rejimi devrildikdən sonra İsrailin baş naziri Benyamin Netanyahu Suriya ilə sərhədə səfər edib.
Suriya ilə sərhədə gələn Netanyahu Əsəd rejiminin devrilməsini Yaxın Şərq tarixində tarixi bir gün adlandırıb. "Əsəd rejimi İranın şər oxunun mərkəzi halqasıdır. Bu rejim çöküb. Bu, Əsəd rejiminin əsas dəstəkçiləri olan İrana və Hizbullaha qarşı açdığımız zərbələrin birbaşa nəticəsidir. Bu, bütün Yaxın Şərqdə bu zalım və zülmkar rejimdən xilas olmaq istəyənlər arasında zəncirvari reaksiyaya səbəb oldu”, - Netanyahu qeyd edib
İsrail baş naziri onu da bildirib ki, yeni imkanlarla yanaşı, Suriyanın devrilməsi də risklərlə doludur.
Bölməyə aid digər xəbərlər











Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.