
“Türkiyə Suriyada demokratik sivil hökumətin qurulmasını istəyir”.
“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Al Arabiya” telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, rəsmi Ankara Suriyadakı yeni hakimiyyətə kömək edəcək:
“Biz Suriyada demokratik mülki hökumət qurmağa çalışırıq. Suriyada yeni hökumətin Bəşər Əsədin hərəkətlərini təkrarlamasını istəmirik. Türkiyə Suriyada İranı əvəz etmək fikrində deyil. Tehranın yeni vəziyyətdən xəbərdar olduğunu nəzərə alsaq, Suriyanın mübahisələr meydanına çevriləcəyini düşünmürəm”.
Nazir əlavə edib ki, Türkiyə ABŞ və Suriyanın yeni hakimiyyət orqanları arasında vasitəçi rolunu oynamağa hazırdır. Bundan əlavə, Fidan vurğulayıb ki, Ankara Suriyadakı vəziyyətlə bağlı Səudiyyə Ərəbistanı ilə ən yüksək səviyyədə hərəkətləri koordinasiya edir.
Bölməyə aid digər xəbərlər










Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.