Türkiyədə partlayış: 12 ölü, 4 yaralı

Türkiyədə partlayış: 12 ölü, 4 yaralı

Balıkəsirdə Kavaklı kəndində ZSR partlayıcı maddələr istehsal edən zavodunda güclü partlayış baş verib.

 Balıkesir valisi İsmail Ustaoğlunun sözlərinə görə, hadisə səhər saat 08:25 radələrində partlayıcı maddələr istehsal edən zavodda  baş verib. 

"Partlayış nəticəsində 12 nəfər ölüb, 4 nəfər yaralanıb", - vali qeyd edib. 

Məlumatda o da bildirilir ki, partlayış baş verən korpusun binası çöküb. 

Hadisənin baş verməsi ilə bağlı cinayət işi açılıb.


Tarix: 24-12-2024, 13:37


Bölməyə aid digər xəbərlər


«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031