Pakistanlılar Ermənistana “axın” edir - Sərkisyan

Pakistanlılar Ermənistana “axın” edir - Sərkisyan

Ermənistan və Qırğızıstan miqrasiya problemi ilə üzləşib.

Bunu Moskva-Minsk-Bişkek-İrəvan-Astana videokonfransı zamanı Avrasiya İnkişaf Bankının İdarə Heyətinin sədr müavini Tiqran Sərkisyan deyib.

Onun hesablamalarına görə, Ermənistan və Qırğızıstanda Hindistan və Pakistandan olan 40-50 min miqrant var.

O əlavə edib ki, AİB bu ölkələrin hakimiyyət orqanları ilə miqrantların izlənməsi proqramlarının hazırlanmasını müzakirə edir.

Qeyd edək ki, Pakistan və Ermənistan arasında diplomatik münasibətlərin qurulması üçün yeni addımlar atılır. Buna görə də pakistanlıların Ermənistana kütləvi gəlişi haqda məlumat mübahisələndirilə bilər.(axar.az)


Tarix: 23-09-2025, 09:46


Bölməyə aid digər xəbərlər


«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930