Rusiya səfirliyinin nümayəndələri Bakıda ev dustaqlığında olan İqor Kartavıxı ziyarət etdilər- Zaxarova

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Rusiyanın Bakıdakı səfirliyinin əməkdaşları “Sputnik Azərbaycan” redaksiyasının rəhbəri İqor Kartavıxla görüşüblər.

 Zaxarovanın sözlərinə görə, Kartavıx bir neçə gün əvvəl ev dustaqlığına keçirilmişdi və bu müddət ərzində Rusiya diplomatları onunla mütəmadi əlaqədə olublar.

“Bütün bu vaxt ərzində rus diplomatları onunla təmasda idilər, sağlamlıq vəziyyətini nəzərə alaraq zəruri yardımı göstərirdilər. Bu prosesdə Azərbaycan tərəfi də əməkdaşlıq edib,” – deyə Zaxarova vurğulayıb.


Tarix: 10-10-2025, 12:44


Bölməyə aid digər xəbərlər


«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930