
Müəyyən qüvvələr Qarabağ məsələsindən yalnız Ermənistan dövlətçiliyinin yaranmasının qarşısını almaq üçün bir məqsəd kimi istifadə ediblər.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan sabiq müdafiə naziri Seyran Ohanyanla polemikası zamanı deyib.
1996-cı il Lissabon sammitindən sonra Qarabağ məsələsinin gündəlikdən çıxdığını qeyd edən Paşinyan bildirib ki, Ermənistan bu reallığı qəbul etmədi: "Bu bizim dərin köklü problemlərdən biridir, o cümlədən hökumətimizin problemidir. Yuxarıda qeyd olunan sammitin yekunu olaraq bəyanat qəbul edilib ki, ona görə də Qarabağın statusu yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. Nəticədə reallıqla qarşıya qoyduğumuz məqsəd arasında keçilməz uçurum yarandı”.
Ohanyanın Qarabağı təhvil verməklə bağlı ittihamına cavab olaraq Paşinyan deyib ki, bunu deməkləri nankorluqdur.
Hökumət rəhbəri əlavə edib ki, vəzifəsi Ermənistanın gələcəyidir.
Bölməyə aid digər xəbərlər









Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.