3 oktyabr 2024-cü il tarixdə Quba rayon Heydər Əliyev Mərkəzində Quba-Xaçmaz Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin iştirakı ilə 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə regional konfrans keçirilib. Konfransda Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, Rayon İcra Hakimiyyətinin və Regional Təhsil İdarənin məsul şəxsləri iştirak edib.
Çıxış edənlər Ümummilli Lideri Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyinə verilmiş yüksək qiymətdən, ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlərdən, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bu amili dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi ilə ölkəmizin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən, Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti Mehriban xanımı Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun dövlətin bu fəaliyyət proqramına verdiyi dəstəkdən danışmış, təhsil işçilərinin əməkhaqlarının artırılması, onların mükafatlandırılmaları, fəxri adlarla təltif edilmələri, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımların təhsil işçiləri üçün böyük stimul yaratdığını vurğulamışlar.
Tədbirin sonunda təhsildə fərqlənmiş bir qrup müəllimə fəxri fərman və hədiyyələr təqdim edilmişdir.
Konfransdan əvvəl Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət parkında xalqımızın Ümummilli Liderinin abidəsi ziyarət olunmuşdur.
Dilşad Bayramovaya Rayon İcra Hakimiyyətində “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı” təqdim edilib
4 oktyabr 2024-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov uzun illər ərzində rayonumuzun elmi və ictimai-siyasi həyatında yaxından iştirak edən şəxslərdən biri, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun Quba Təcrübə Bazasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent, Beynəlxalq ictimai təşkilat “Beynəlxalq Aqrar Təhsil Akademiyası” nın (Rusiya Federasiyası) həqiqi üzvü Dilşad Bayram qızı Bayramova ilə görüş keçirmiş, ona “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı”nı təqdim etmiş, ən xoş arzularını çatdırmışdır.
Dilşad Bayramova elm sahəsində çalışan insanlara göstərilən diqqətə görə dövlətimizin başçısı cənab İlham Əliyevə və bu işdə əməyi keçən hər bir şəxsə öz dərin təşəkkürünü bildirmişdir.
Bölməyə aid digər xəbərlər