
Xəbər verdiyimiz kimi, “Sədərək” Ticarət Mərkəzində yerləşən bəzi reklam qurğularının sökülməsinə başlanılıb.
“Qafqazinfo”nun məlumatına görə, müəyyən edilmiş tələblərə cavab verməyən lövhələrin yığışdırılması ticarət mərkəzində tərəflər arasında insident yaradıb. İlkin məlumatda mərkəzin mühafizəçilərinin Dövlət Reklam Agentliyinin əməkdaşlarını döyərək ərazidən uzaqlaşdırdığı bildirilib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. DİN-in Mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov müraciətimizə cavab olaraq qeyd etdi ki, Qaradağ RPİ-nin İstintaq Şöbəsində hadisənin təfərrüatı ilə bağlı araşdırma aparılır: “Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin edilib. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.
Bölməyə aid digər xəbərlər











Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.