Azərabaycan Premyer Liqası: "Turan Tovuz" "Neftçi"ni, "Səbail" isə "Zirə"ni qəbul edəcək

Azərabaycan Premyer Liqası: "Turan Tovuz" "Neftçi"ni, "Səbail" isə "Zirə"ni qəbul edəcək

Bu gün Azərbaycan Premyer Liqasında XVIII turun ikinci oyun günündə "Turan Tovuz" "Neftçi"ni, "Səbail" isə "Zirə"ni qəbul edəcək.

 Tovuz şəhər stadionunda keçiriləcək görüş saat 16:00-da, Bakıda, "ASCO Arena"da baş tutacaq qarşılaşma isə saat 18:30-da start götürəcək.

Xatırladaq ki, ilk oyun günündə "Kəpəz"lə "Sumqayıt" qarşılaşıblar. Oyun 0:0 hesablı heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, turun digər görüşləri dekabr ayının 22-də keçiriləcək. "Şamaxı" "Sabah"ı, "Qarabağ" isə "Araz-Naxçıvan"ı qəbul edəcək.


Tarix: 21-12-2024, 09:54


Bölməyə aid digər xəbərlər


«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930