Mourinyo yenə “Qarabağ”dan danışdı

Mourinyo yenə “Qarabağ”dan danışdı

Joze Mourinyo "Benfika"nın baş məşqçisi kimi ilk Çempionlar Liqası oyununa çıxıb.

offsideplus.az xəbər verir ki, onun komandası səfərdə "Çelsi"yə məğlub olub - 0:1.

Mourinyo görüşdən sonra yenə "Qarabağ"la matçı xatırladıb:

"Bu gün bir xal almaq üçün kifayət qədər çalışdıq, amma yenə də bacara bilmədik. Çalışdıq. Bu kifayət deyildi, amma eybi yoxdur. Problem bugünkü oyunda yox, "Qarabağ"a məğlubiyyətdədir".

Qeyd edək ki, "Qarabağ" "Benfika"nı 3:2 hesabı ilə məğlub edib. Bu görüşdən sonra "qartallar"ın baş məşqçisi Brunu Laji istefaya göndərilib və onu Mourinyo əvəz edib.


Tarix: 1-10-2025, 13:18


Bölməyə aid digər xəbərlər


«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930