2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 23 saylı Nəsimi - Səbail seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Elnur Rəhimovun seçicilərlə görüşü keçirilib.
Elnur Rəhimov Azərbaycanın bugünkü inkişafının təməlində Heydər Əliyev ideyalarının dayandığını, Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmizin tarixi nailiyyətlərə imza atdığını vurğulayıb. O, seçiciləri yeni qələbələr naminə Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıb.
“Tarixi Zəfərimiz hər birimizi daha uğurlu gələcək naminə hədəflərin reallığa çevrilməsinə dəstək olmağa çağırır”, - Elnur Rəhimov Prezident İlham Əliyevin rəhbərliyi ilə cəmiyyət həyatının bütün sahələrində genişmiqyaslı tədbirlərin həyata keçirildiyini, islahatların ölkəmizin inkişafına xidmət etdiyini söyləyib.
23 saylı Nəsimi - Səbail seçki dairəsindən deputatlığa namizədi, Bakı Tikiş Evi (BTE) ASC-in sədr müavini Elnur Rəhimov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Elnur Rəhimov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, 23 saylı Nəsimi - Səbail seçki dairəsindən deputatlığa namizədi, Bakı Tikiş Evi (BTE) ASC-in sədr müavini Elnur Rəhimova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
23 saylı Nəsimi - Səbail seçki dairəsindən deputatlığa namizəd, "Bakı Tikiş Evi" ASC-də maliyyə işləri üzrə sədr müavini Elnur Rəhimov Ulu Öndər Heydər Əliyev siyasi kursunu daima dəstəkləmiş və bu uğurlu siyasətin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətinə dəstək olmuşdur. Elnur Rəhimov - “Əl tutmaq Əlidən qalıb” atalar məsəlini həmişə sadiq olaraq, fəaliyyəti göstərdiyi dövrdə hər zaman şəhid ailələri, müharibə əlillərinə, aztəminatlı ailələrə maddi və mənəvi dəstəyini əsirgəməmişdi.
Ona etibar edilən bütün işlərdə Elnur Rəhimov özünü doğruldub. Bizdə hörmətli Elnur Rəhimovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Bölməyə aid digər xəbərlər