Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin İnnovativ inkişafın təşviqi sektoruna müdir təyin olunub.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bu vəzifəyə Fərid Əzizağa oğlu Vəliyev təyinat alıb.
Xatırladaq ki, F.Vəliyev 1983-cü ildə anadan olub. O, Bakı Dövlət Universitetinin "Tətbiqi riyaziyyat" ixtisası üzrə bakalavr, "İqtisadi fəaliyyətin riyazi və informasiya təminatı" ixtisası üzrə magistr pillələrini bitirib. Koreya Universitetində "Elektron hökumət", İstanbul Texniki Universitetində "Rəqəmsal transformasiya sahəsində idarəetmə" istiqamətləri üzrə sertifikat proqramlarını keçib.
F.Vəliyev Azərbaycan Mərkəzi Bankında, ASAN Xidmətdə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müxtəlif vəzifələrdə işləyib. 2021-ci ildən isə Prezident Administrasiyasında çalışır.
Bölməyə aid digər xəbərlər











Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.