Emin Musayev: Qətiyyətli və güclü dövlət xadimi

İlham Əliyev Ərdoğana başsağlığı verib

Cənab İlham Əliyev – Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanı və dünya səviyyəsində nüfuzlu liderdir. Onun rəhbərliyi altında Azərbaycan həm daxili inkişaf, həm də beynəlxalq arenada öz mövqeyini gücləndirmiş, müstəqil siyasət yürüdən, öz suverenliyini qoruyan güclü bir dövlətə çevrilmişdir.

İlham Əliyev Azərbaycanın hərbi qüdrətini artırmaq, milli təhlükəsizliyi təmin etmək və ölkənin ərazi bütövlüyünü bərpa etmək yolunda misilsiz addımlar atmışdır. 2020-ci ildə onun rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarixi qələbə qazanaraq işğal altındakı torpaqları azad etdi. Bu qələbə onun strateji düşüncəsinin, uzaqgörən siyasətinin və xalqın ona olan inamının nəticəsi idi.

İlham Əliyev hər zaman xalqının rifahını əsas tutan bir rəhbər olmuşdur. Onun həyata keçirdiyi sosial layihələr, vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi üçün gördüyü işlər bunu bir daha sübut edir. Azərbaycan iqtisadiyyatının inkişafı, infrastruktur layihələri, təhsil və səhiyyə sahəsində aparılan islahatlar onun xalqa olan sadiqliyinin bariz nümunəsidir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması və inkişafı onun vətənpərvər və uzaqgörən siyasətinin göstəricisidir.

İlham Əliyev beynəlxalq səviyyədə Azərbaycanın mövqeyini gücləndirmiş, ölkəni regional və qlobal siyasətdə mühüm oyunçulardan birinə çevirmişdir. Onun balanslaşdırılmış xarici siyasəti sayəsində Azərbaycan həm Şərq, həm Qərb ölkələri ilə dostluq və tərəfdaşlıq münasibətləri qurmuş, strateji layihələrə imza atmışdır. Azərbaycan onun liderliyi altında enerji siyasətində mühüm mövqe tutmuş, TANAP və TAP kimi iri layihələrlə Avropanın enerji təhlükəsizliyinə töhfə vermişdir.

İlham Əliyev hər zaman qətiyyətli və prinsipial mövqe nümayiş etdirərək Azərbaycanın maraqlarını müdafiə etmişdir. Onun çıxışları, beynəlxalq platformalarda sərgilədiyi mövqe, düşmənlərə qarşı sərt və ədalətli ritorikası Azərbaycanın milli maraqlarının qorunmasına yönəlmişdir.

Prezident İlham Əliyev liderlik keyfiyyətləri, uzaqgörən siyasəti və xalqına olan sevgisi ilə tarixdə Azərbaycan xalqının böyük liderlərindən biri kimi qalacaqdır.


Tarix: 7-02-2025, 10:15


Bölməyə aid digər xəbərlər