
Xalq və dövlət olaraq bizim təmaslarımız uzun illərdir ki, davam edir. Bu illər ərzində qarşılıqlı hörmətə, etimada və səmimiyyətə əsaslanan münasibətlər formalaşıb. Azərbaycan ilə Serbiya bir-birini yaxından tanıyan, daim açıq dialoq aparan və dostluq münasibətlərini qoruyub saxlayan iki ölkədir. Bu münasibətlər təkcə rəsmi səviyyədə deyil, eyni zamanda xalqlar arasında da özünü göstərir.
Azərbaycan ilə Serbiya arasında diplomatik əlaqələr möhkəm siyasi iradəyə əsaslanır. İki ölkə rəhbərlərinin qarşılıqlı səfərləri, imzalanan sənədlər və keçirilən yüksək səviyyəli görüşlər əməkdaşlığın strateji xarakter aldığını göstərir. Bu münasibətlər beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı dəstək və həmrəylik ruhunda inkişaf edir. Ən əsası isə bu proseslərdə ədalət və dürüstlük əsas rol oynayır.
Enerji sahəsi Azərbaycan–Serbiya əməkdaşlığının əsas istiqamətlərindən biridir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu Serbiya üçün də mühüm əhəmiyyət daşıyır. Təbii qaz və digər enerji resurslarının ixracı, alternativ enerji layihələri üzrə əməkdaşlıq hər iki ölkənin iqtisadi maraqlarına xidmət edir. Bu sahədə atılan addımlar münasibətlərin praktiki və uzunmüddətli xarakterini göstərir.
İqtisadi-ticari əlaqələr də ildən-ilə genişlənir. Qarşılıqlı investisiyalar, infrastruktur layihələri, nəqliyyat və tikinti sahələrində əməkdaşlıq iqtisadi tərəfdaşlığın dərinləşməsinə zəmin yaradır. Hər iki ölkə biznes dairələrinin əlaqələrinin genişlənməsində maraqlıdır və bu istiqamətdə ardıcıl addımlar atılır.
Humanitar və mədəni sahədə əlaqələr də xüsusi əhəmiyyət daşıyır. Təhsil, mədəniyyət, idman və turizm sahələrində əməkdaşlıq xalqlarımız arasında yaxınlığı daha da möhkəmləndirir. Tələbə mübadiləsi proqramları, mədəni tədbirlər və birgə layihələr qarşılıqlı anlaşmanı gücləndirir və dostluq münasibətlərini daha da dərinləşdirir.
Bu gün Azərbaycan–Serbiya əlaqələri etibarlı tərəfdaşlıq modelidir. Uzun illər davam edən təmaslarımız göstərir ki, münasibətlərimiz möhkəm təməl üzərində qurulub. Qarşılıqlı hörmət, suverenliyə dəstək və səmimi dialoq gələcək əməkdaşlığımızın da əsasını təşkil edir. Əminliklə demək olar ki, bu dostluq və tərəfdaşlıq münasibətləri qarşıdakı illərdə daha da inkişaf edəcək və yeni uğurlar əldə edəciyik.
Bölməyə aid digər xəbərlər







