“Qarabağdan şurtvatsların (Ermənistanda Qarabağdan gələnlərə verilən ad. Mənası: dönənlər, dəyişənlər- S.L.) köçürülməsində Rusiya sülhməramlılarının heç bir rolu olmayıb. Hər şeydən əvvəl onu qeyd etməliyik ki, bu, Rusiyanın geo-siyasi marağında deyil. 44 günlük müharibəni dayandıran Rusiyanın məqsədi, əksinə, oradakı erməniləri qorumaq idi. Odur ki, sülhməramlıları Qarabağa yeritmişdilər.”
Bu fikirləri Moderator.az-a açıqlamasında siyasi analitik Tahir Cəfərli ifadə edib.
“Şurtvatsların 19 sentyabrdan sonra Qarabağı kütləvi şəkildə tərk etmələri ilk növbədə elə Rusiya üçün gözlənilməz oldu. Yəni Rusiyanın Qarabağla bağlı bütün planlarına son qoydu… Rusiya sülhməramlıları Qarabağda bu saat heç kimi qorumur. Odur ki, onlar Azərbaycan Prezidentinin bir tələbi ilə oradan çıxarıla bilər. Ancaq hələlik Rusiya qüvvələrinin Qarabağda qalması Azərbaycanı ABŞ və Fransa təcavüzündən qoruyur. Bundan əlavə, sülhməramlıların çıxarılması Qarabağda yerləşdirilmiş Türkiyənin hərbi nəzarətçilərinin də çıxarılmasına səbəb ola bilər. Çoxları indiyə qədər anlamır ki, Türkiyə hərbiçilərinin Qarabağda olması istər Rusiya, istərsə NATO-nun Qarabağa girməsinin qarşısını alır”- deyə davamında analitik bildirib.
Bölməyə aid digər xəbərlər










Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.