Oktyabrın ayının sonu üçün nəzərdə tutulan Brüssel görüşü niyə baş tutmadı? Məsələ burasındadır ki, Brüsseldə oktyabrın 26-27-də Avropa İttifaqı liderlərinin sammiti də nəzərdə tutulub. Avropa İttifaqı ölkələrinin liderləri Yaxın Şərqdəki münaqişəni müzakirə edəcəklər. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bildirib ki, liderlər xarici siyasətlə bağlı digər məsələləri, o cümlədən Priştina ilə Belqrad arasında münasibətləri, eləcə də Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcəklər. Azərbaycan və Ermənistan liderlərinin görüşünün baş tutmamasını bu sammitlə əlaqələndirmək olar. Şarl Mişel ilin əvvəlindən Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri arasında görüşlər təşkil edib və bu görüşlər hansısa sammitlə əlaqələndirilməyib. Şarl Mişel Azərbaycan və Ermənistan liderləri arasındakı son görüşləri isə Avropa İttifaqının müxtəlif sammitlər çərçivəsində həyata keçirməyə çalışır. Fransanın liderliyə can atdığı həmin sammitlərdə isə Azərbaycan hədəf götürülməyə çalışılır, bu da rəsmi Bakının haqlı narazılığına səbəb olur.
Orxan Tuncər
Bölməyə aid digər xəbərlər










Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.