Ermənilərin Qarabağdan çıxarılmasını planlaşdıran və həyata keçirən insanlar hesab edirlər ki, Qarabağ məsələsi həll olunub, indi də Ermənistan məsələsi həll olunmalıdır.
Axar.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan yerli mediaya müsahibəsində deyib.
"Ermənistan liderləri 1990-1991-ci ildə demirdilər ki, bizə dövlət olmaq üçün müstəqillik lazımdır, onlar deyirdilər ki, Qarabağ problemini həll etmək üçün müstəqil dövlət lazımdır. Ən başlıca sual budur.
İndi müxalifət nümayəndələri deyirlər ki, Ermənistanın Qarabağsız mövcudluğunun heç bir mənası yoxdur, çünki Ermənistan Respublikasının dövlətçiliyi Qarabağ məsələsinin həlli üçün yaradılıb. Yəni Qarabağ məsələsi həll olunsaydı, onun həllindən sonra Ermənistanın taleyi necə olacaqdı?
Digər ölkələrdən Ermənistanda hakimiyyət dəyişikliyi ilə bağlı çağırışlar olub. Bu çağırışları edən insanlar hesab edirdilər ki, Qarabağ məsələsi etnik təmizləmə yolu ilə həll olunub və deməli, Ermənistan məsələsi də həll olunmalıdır. Yəni, konsepsiya tamamlanmalı, Ermənistanda hökumət deməlidir: Ermənistanın mövcudluğunun mənasız olduğu ortaya çıxdı”, - Paşinyan bildirib.
Rəsmi Bakının 19-20 sentyabrda həyata keçirdiyi antiterror əməliyyatından sonra Paşinyan ona zəng edilərək Azərbaycana hücuma təşviq edilməsi barədə yayılan iddialarla bağlı suala cavabında isə bunları deyib:
“Belə söhbət olmayıb, amma başqa söhbətlər olub”.
Bölməyə aid digər xəbərlər










Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.