12:14 / 28-01-2025
Baş nazir QƏRAR İMZALADI
Famil Bağıyev: Xalq inanırdı...

Bakını xarabaya çevirən, bütün qanunları tapdalayan, fırıldaqlarla dolu  tikinti şirkəti – “ORBİTA” MTK-nın SAHİBİ FAMİL BAĞİYEV KİMDİR?

"ORBİTA” MTK-nın rəhbəri Famil Bağıyev həmişə gələcəyə inamla baxan, qarşıya qoyduğu məqsədə catmaq üçün yorulmaq bilmədən çalışan insandır. Yüksək pillələrə qalxmaq, orda qərar tutmaq, daha səlahiyyətli söz demək qabiliyyətinə malik olmaq üçün bu yolla dözümlük və səbr göstərmək Famil Bağıyevun həyat kredosudur. Onun bir xüsusiyyətini xüsusi vurğulamaq istəyirik: o, həmişə işin ağır tərəfindən yapışanlardan olub.

Famil Bağıyev çalışdığı bütün sahələrdə ilk gündən çox yaxından, olduqca fəal və layaqətlə iştirak etmişdir. Savadı, mədəniyyəti, yüksək əxlaqi keyfiyyətləri, böyük-kiçik yerini bilməsi ona kollektivdə və ictimaiyyət arasında həmişə hörmət və başucalığı gətirmişdir.

Mübaliğəsiz demək olar ki, "ORBİTA” MTK-nın rəhbəri Famil Bağıyev ilk qədəmlərindən fəal ictimaiyyətçi, Vətənini, xalqını qəlbən sevən və ona xidmət etməyi özünə müqəddəs borc bilən bir ziyalıdır. Gənclik illərindən bu günə kimi yalnız bir yolla addımlayır – bu yol Böyük Heydər Əliyev yoludur. O, bu yolda çox geniş, məqsədyönlü, saf qəlblə, ürəklə fəaliyyət göstərmişdir, bu gün də göstərir, sabah da göstərəcəkdir.

"ORBİTA” MTK-nın rəhbəri Famil Bağıyev - Ölkə Prezidenti İlham Əliyev fevralın 26-da Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bir çox fikrlər səsləndirib. Dövlətimizin başçısı qeyd edib ki, ilk dəfədir ki, Xocalı soyqırımı günü Xocalıda qeyd olunur. Otuz iki ildən sonra doğma torpağımıza qayıtmışıq. Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün Xocalıda Memorial Kompleksin təməli qoyulub. Biz Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik, Azərbaycan xalqı inanırdı ki, biz Xocalıya qayıdacağıq.

Ədalətsiz yanaşmadan söz açan dövlət başçısı bildirdi ki, “Ermənistan dövləti, o vaxt və bu gün onun arxasında duran eyni qüvvələr, eyni ölkələr əlindən gələni edirdilər ki, Xocalı soyqırımı ört-basdır edilsin, Ermənistan məsuliyyətə cəlb olunmasın, Ermənistana qarşı hər hansı bir sanksiya tətbiq edilməsin və onlar cəzasız qalsın.Otuz iki il bundan əvvəl Ermənistan dövləti bu qanlı faciəni törədərək, günahsız insanları qətlə yetirmişdir. Lakin beynəlxalq təşkilatlar, iri dövlətlər bu soyqırımına laqeyd yanaşdı. “Xocalıya ədalət!” çağırışımız cavabsız qaldı. Cəmi 18 ölkə bizim səylərimizin nəticəsi olaraq, bu qanlı faciəni soyqırımı kimi tanımışdır. Azərbaycan dövləti, dövlət qurumları, eyni zamanda, xaricdə yaşayan azərbaycanlılar, bizim ictimai təşkilatlarımız və onların arasında Heydər Əliyev Fondu Xocalı soyqırımını dünyaya tanıtdırmaq üçün çox böyük səylər göstərmişdir”.

Xocalıda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı çıxışında cənab İlham Əliyev bir daha vurğulamışdır ki, “Xocalı soyqırımı isə heç vaxt xalqımızın yaddaşından silinməyəcək. Heç vaxt Azərbaycan xalqı bu qanlı cinayəti unutmayacaq. Otuz iki il bundan əvvəl Ermənistan dövləti bu qanlı faciəni törədərək günahsız insanları qətlə yetirmişdir. 613 insan vəhşicəsinə qətlə yetirilmişdir, 150 insan itkin düşmüşdür, - təbii ki, onların da taleyi bəllidir, - 1000-dən çox insan girov götürülmüşdür, 60-dan çox uşaq, 100-dən çox qadın, yaşlı 70 insan erməni vəhşiləri, faşistləri tərəfindən vəhşicəsinə bir gecə içində qətlə yetirilmişdir”.

Cənab Prezidentin Xocalı soyqırımı ilə bağlı səsləndirdiyi fikirlər Azərbaycanın müstəqil siyasətinin və milli maraqlarının qorunması istiqamətindəki qətiyyətli mövqeyini əks etdirir. Bu fikirlər ədalətin bərpası, tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və işğal altında olan torpaqların azad edilməsi kimi mühüm məsələlərə işıq salır. Ermənistanın və onun arxasında duran qüvvələrin Xocalı soyqırımını ört-basdır etmək cəhdləri, ədalətsizliyin və ikiüzlülüyün bariz nümunəsidir. Bu kontekstdə, Azərbaycanın müstəqil siyasət yürütməsi və öz həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün göstərdiyi səylər mühüm əhəmiyyət kəsb edir.

Xocalı Soyqırımı Memorial kompleksinin təməlini məhz 26 fevral tarixində Xocalıda qoyulması özündə bütün məqamları ehtiva edir. Biz artıq cənab İlham Əliyevin rəhbərliyi və Şanlı Ordumuz şücaəti nəticəsində Xocalıya qayıtmışıq.


Tarix: 4-03-2024, 13:36


Bölməyə aid digər xəbərlər