Kreditlə qurbanlıq heyvan almaq olarmı? - AÇIQLAMA

Kreditlə qurbanlıq heyvan almaq olarmı? - AÇIQLAMA

Qurban bayramına artıq sayılı günlər qalıb. Hər il müqəddəs bayram ərəfsində qurbanlıq heyvanın alışı, kəsmi və s. ilə bağlı müxtəlif suallar meydana çıxır.

Əksəriyyətin gündəlik həyatda kredit kartlarından istifadə etdiyi bir dövrdə qurbanlıq alışı məsələsi sual doğurub.

Hətta Türkiyədə Din İşləri Ali Şurası da bu məsələ ilə bağlı mövqeyini açıqlayıb və bildirib ki, kredit kartı ilə qurbanlıq almaq olar, amma gecikmə faizi olmamalıdır.

Mövzu ilə bağlı danışan ilahiyyatçı Ağa Hacıbəyli bildirib ki, şəriyyətə əsasən, bir insanın qurban kəsməsi üçün onun imkanının olması şərt sayılır:

"Ona görə də peyğəmbərimiz əleyhissalam buyurur ki, imkanı olub qurban kəsməyən bizim namazgahımıza yaxınlaşmasın. Bu baxımdan qurban kəsmək üçün mddi imkan şərt təyin olunur. 

“Kreditlə qurban kəsmək olarmı?” sualına gəldikdə isə alimlərimiz bu məsələdə yekdilliklə “olar” deyirlər. Amma bir şərtlə ki, o pulu geriyə qaytarma imkanı olsun. Lakin daha yaxşısı ondan ibarətdir ki, ümumiyyətlə kreditə girmədən borclanmadan və ya harama faizə girmədən bütün bu yan təsirləri bir tərəfə qoyub sırf Allah rizası üçün bir insan qurbanını alır, kəsir paylayır. Ən gözəl olan budur. Amma bu məsələ istisnalıdır və şərtləri də istisnalar içərisindədir”. 

Qeyd edək ki, iyunun 6, 7-si Qurban bayramıdır.


Tarix: 2-06-2025, 16:00


Bölməyə aid digər xəbərlər