Səttar Möhbalıyev növbəti dəfə sakinlərlə görüşüb -Fotolar

Səttar Möhbalıyev növbəti dəfə sakinlərlə görüşüb

Milli Məclisin deputatı Səttar Möhbalıyev 17 aprel 2026-cı il tarixində Babək rayonundan olan seçicilərlə növbəti görüşünü keçirib.

aia.az xəbər verir ki, qəbul rayonun Aşağı Uzunoba kəndində baş tutub.

Tədbirin gedişində vətəndaşları narahat edən sosial yönümlü məsələlər və şəxsi müraciətlər müzakirə olunub. Səttar Möhbalıyev sakinlər tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətlərin bəzilərini elə yerindəcə həll edib, Digər məsələlər isə qeydə alınıb, onların həlli məqsədilə müvafiq qurumlar qarşısında məsələ qaldırılacağı və təxirəsalınmaz tədbirlərin görüləcəyi bildirilib.
Daha sonra şəhid məzarını ziyarət edilib

Deputat Səttar Möhbalıyev keçirdiyi görüşdə iştirak edən Aşağı Uzunoba kənd sakinləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri görüşdən məmnunluqlarını ifadə ediblər, ölkəmizin Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Naxçıvanın Babək rayonuna göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.


Tarix: 17-04-2026, 17:40


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930