Türk Dünyasının Mənəvi Birliyi Ortaq Dəyərlərimizdən Güc Alır

Türk Dünyasının Mənəvi Birliyi Ortaq Dəyərlərimizdən Güc Alır

Prezident İlham ƏliyevinBakuviBeynəlxalq Konfransınınvə Qafqaz Xalqları Ali Dini Şurasınınüzvlərindənibarət nümayəndə heyətinin qəbulu zamanı çıxışı barədə

Bakıda Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısı və böyük şair,mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirilir.Bu iki tədbirin eyni vaxtda Bakıda keçirilməsi xüsusi əhəmiyyət daşıyır.Çünki bu görüşlər yalnız dini və elmi fikir mübadiləsi baxımından deyil,həm də Türk dünyası ilə İslam aləmi arasında əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.
Azərbaycan xalqı tarix boyu dünya mədəniyyətinə çoxsaylı dahi şəxsiyyətlər,şairlər və mütəfəkkirlər bəxş edib.Nizami Gəncəvi,Xaqani Şirvani,İmadəddin Nəsimi,Seyid Yəhya Bakuvi,Şah İsmayıl Xətai və Məhəmməd Füzuli kimi böyük şəxsiyyətlərin yaradıcılığı xalqımızın zəngin tarixi-mədəni irsinin göstəricisidir.XV əsrdə yaşayıb-yaratmış Seyid Yəhya Bakuvi də Azərbaycan tarixində və mədəniyyətində mühüm iz qoymuş şəxsiyyətlərdən biridir.Onun irsi bu gün də böyük maraq doğurur və tədqiq edilir.
Bakıda keçirilən toplantıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini liderləri ilə yanaşı,Gürcüstan,Suriya və Şimali Qafqazın müxtəlif respublikalarından nümayəndələr də iştirak edirlər.Bu cür görüşlər müxtəlif xalqlar və dini icmalar arasında dostluğun,qarşılıqlı anlaşmanın və əməkdaşlığın gücləndirilməsi baxımından mühüm rol oynayır.Azərbaycanın həm Türk dünyasının,həm də Qafqazın bir hissəsi olması ölkəmizin bu prosesdə xüsusi mövqeyini müəyyənləşdirir.
Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirir.Bu baxımdan 2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları mühüm nümunələrdən biridir.Həmin tədbir yalnız idman yarışması kimi deyil,müsəlman ölkələri arasında birlik və həmrəyliyin nümayişi kimi də yadda qalıb.Gələn il Bakıda İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünün keçirilməsi də Azərbaycanın bu istiqamətdəki fəaliyyətinin davamı kimi qiymətləndirilə bilər.
Müasir dünyada müxtəlif bölgələrdə qarşıdurmaların və münaqişələrin davam etdiyi bir vaxtda dini liderlərin sülhə,əməkdaşlığa və əmin-amanlığa çağırışları xüsusi əhəmiyyət daşıyır.Dini rəhbərlərin fikirləri müsəlman icmaları üçün mühüm məna kəsb etdiyindən onların sülh və birlik istiqamətində verdiyi mesajlar cəmiyyətlərdə qarşılıqlı anlaşmanın möhkəmlənməsinə kömək edə bilər.
Tədbir iştirakçılarının Qarabağa səfəri də xüsusi diqqət çəkən məqamlardandır.Qonaqların Ağdam,Xankəndi,Xocalı və Şuşa şəhərlərinə səfər etməsi onlara həm bölgənin keçmişi,həm də hazırda burada aparılan bərpa-quruculuq işləri ilə yaxından tanış olmaq imkanı verəcək.Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində yeni yaşayış məntəqələri yaradılır,infrastruktur qurulur və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı təmin edilir.
Qarabağda bərpa prosesində tarixi və dini-mədəni irsin qorunmasına da xüsusi diqqət yetirilir.Ağdam məscidinin bərpası bu baxımdan mühüm nümunədir.Müharibədən sonra bərpa edilən ilk obyektlərdən birinin məhz məscid olması milli-mənəvi dəyərlərə verilən önəmin göstəricisidir.Bu gün Qarabağ və Şərqi Zəngəzurda bir sıra məscidlərin bərpası və yenidən qurulması istiqamətində işlər davam etdirilir.
Qarabağda 30 illik işğal dövründə şəhər və kəndlərin dağıdılması,mədəni və dini abidələrin zərər görməsi Azərbaycanın üzləşdiyi əsas problemlərdən biri olub.Xüsusilə məscidlərin dağıdılması və dini abidələrə münasibət məsələsi Azərbaycan cəmiyyətində ciddi narahatlıq doğurub.Bu səbəbdən azad edilmiş ərazilərdə dini-mədəni irsin bərpası yalnız tikinti prosesi deyil,həm də tarixi yaddaşın qorunması baxımından mühüm məsələdir.
Azərbaycan-Ermənistan münasibətlərində sülh gündəliyinin ön plana çıxarılması isə regionun gələcəyi baxımından mühüm istiqamətdir.Uzunmüddətli və davamlı sülhün təmin olunması Cənubi Qafqazda sabitliyin möhkəmlənməsinə və gələcək əməkdaşlıq imkanlarının genişlənməsinə şərait yarada bilər.Müharibədən sonra sülhə keçid regionda yeni münasibətlər sisteminin formalaşması üçün mühüm mərhələdir.
Bu prosesdə Türk dünyasının,Qafqazın və İslam aləminin müxtəlif nümayəndələrinin bir araya gəlməsi də xüsusi əhəmiyyət daşıyır.Ortaq dəyərlər ətrafında keçirilən görüşlər fikir mübadiləsi aparmağa,mövcud problemləri müzakirə etməyə və gələcək əməkdaşlıq istiqamətlərini müəyyənləşdirməyə imkan verir.Belə tədbirlərin mütəmadi keçirilməsi müxtəlif ölkələr və xalqlar arasında əlaqələrin daha da inkişafına şərait yarada bilər.
Ümumilikdə,Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının toplantısı və Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans həm tarixi-mədəni irsin tanıdılması,həm Türk dünyası ilə İslam aləmi arasında əlaqələrin möhkəmləndirilməsi,həm də sülh və əməkdaşlıq ideyalarının təşviqi baxımından əhəmiyyətlidir.Bu cür tədbirlər müxtəlif ölkələrin nümayəndələrini bir araya gətirməklə qarşılıqlı anlaşmanın və ortaq dəyərlərin daha da güclənməsinə xidmət edir.
Bakı şəhər,Sabunçu rayon,Balaxanı qəsəbəsi 69 saylı məktəbin Tarix müəllimi Həsənova Nəzakət.


Tarix: Dünən, 11:21


Bölməyə aid digər xəbərlər


«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930