Məlumdur ki, hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də 111 №-li tam orta məktəbinin direktoru Jalə Hacıyevadır.
Jalə Hacıyeva Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.
111 №-li tam orta məktəbinin direktoru Jalə Hacıyeva qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Jalə Hacıyevanın diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Jalə Hacıyeva səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, 111 №-li tam orta məktəbinin direktoru Jalə Hacıyevaya biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
111 №-li tam orta məktəbinin direktoru Jalə Hacıyeva Ulu Öndər Heydər Əliyev siyasi kursunu daima dəstəkləmiş və bu uğurlu siyasətin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətinə dəstək olmuşdur. Jalə Hacıyeva - “Əl tutmaq Əlidən qalıb” atalar məsəlini həmişə sadiq olaraq, fəaliyyəti göstərdiyi dövrdə hər zaman şəhid ailələri, müharibə əlillərinə, aztəminatlı ailələrə maddi və mənəvi dəstəyini əsirgəməmişdi.
111 №-li tam orta məktəbinin direktoru Jalə Hacıyeva peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Jalə Hacıyeva bu işin müqəddəsliyini qoruyub saxlayır. Jalə Hacıyeva kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Jalə Hacıyeva Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Vətənpərvər ziyalımız Jalə Hacıyeva Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının başçılığı ilə başlanan 44 günlük haqq savaşında ordu-xalq, xalq-ordu birliyini əsas tutaraq əsgər və zabitlərimizə yardımlarını göstərmişdir.
Vətənpərvərlik bir millətin və dövlətin inkişafında və onun qorunmasında mühüm rol oynayan, vətənə bağlılıq və sevgi duyğularını ifadə edən bir anlayışdır. Vətənpərvər insan isə öz vətəninə sadiq, onun inkişafı və müdafiəsi üçün çalışmağa hazır olan, vətənin dəyərlərini və mədəniyyətini qoruyub yaşatmağa çalışan şəxsdir. Bu geniş mövzunu müxtəlif aspektlərdən araşdırmaq mümkündür.
Vətənpərvərlik, vətənə olan sevgi və sadiqlik hissidir. Bu hiss, insanların öz doğma torpaqlarını qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə daha yaxşı bir mühit buraxmaq istəyindən doğur. Vətənpərvərlik yalnız bir duyğu deyil, eyni zamanda fəaliyyətlərdə də özünü göstərən bir məfhumdur. Jalə Hacıyevada məhz bu amalda olan insanlardandır.
Xeyirxah işlərlə məşğul olan hər bir vətən oğluna başda 111 №-li tam orta məktəbinin direktoru Jalə Hacıyeva olmaqla redaksiyamız adından dərin minnətdarlığımızı bildirirk. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq.
Bakı şəhəri Nəsimi rayon 111 nömrəli tam orta məktəbin binası 1966-cı ildə inşa edilmişdir. Hal-hazırda məktəb məktəbin məzunu, şəhid Rövşən Nəsirovun adını daşıyır. 2008-ci ildə 10 sinif otağından ibarət yeni tədris korpusu inşa edilmişdir. Məktəb 2012-ci ildə əsaslı təmir edilmişdir. Məktəbdə 45 sinif otağı, 5 fənn kabineti, 3 laboratoriya, akt zalı, idman zalı, bufet, kitabxana mövcuddur. Eyni zamanda, məktəb sürətli internet şəbəkəsi ilə təchiz olunmuşdur. 2010-cu ildən etibarən məktəb şahmat dərsləri keçirilən pilot məktəblər layihəsinin iştirakçılarındandır. 2017/2018-ci tədris ilindən məktəbdə təmayüllü siniflər fəaliyyət göstərir.2018/2019-cu tədris ilindən məktəbdə "Rəqəmsal bacarıqlar" layihəsi tədbiq olunub. Məktəbin pedaqoji kollektivi 96 nəfərdən ibarətdir. 3 müəllim Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "İlin ən yaxşı müəllimi" elan edilmişdir. 2023/2024-ci dərs ilində məktəbdə 43 sinif üzrə 1375 şagird təhsil alır. 65 uşaq olmaqla 3(üç) məktəbəhazırlıq qrupu fəaliyyət göstərir. Məktəbdə tədris Azərbaycan və rus bölmələri üzrə aparılır, xarici dil kimi ingilis, rus və fransız dilləri tədris olunur. Məktəbdə günüuzadılmış qrup fəaliyyət göstərir. Məktəb 5 günlük iş rejimi ilə işləyir. Məktəbdə təhsilin bütün pillə və səviyyələrində təhsilin keyfiyyətinin yüksəldilməsi əsas prinsip olaraq götürülür. Təlim-tərbiyə prosesimiz zəngin ənənələrimizə, milli-mənəvi və ümümbəşəri dəyərlərə əsaslanır. Məktəbdə keçirilən məktəbdaxili və sinifdənxaric tədbirlər, müsabiqə və yarışlar şagirdlərimizin əqli inkişafına, dünyagörüşlərinin genişlənməsinə, mənəvi cəhətdən kamilləşməsinə xidmət edir.
Bölməyə aid digər xəbərlər