09:12 / 22-09-2025
4 gün ardıcıl iş olmayacaq
"Anar Eminov - Mingəçevir Dövlət Universitetində Gənclik və Təcrübənin Qovuşduğu Yeni İdarəçilik Dövrü"

Prezidentimiz Cənab İlham Əliyevin müasir idarəçilik sistemində gənclərə yol verməsi,onları mühüm vəzifələrə təyin etməsi artıq ənənə halını alıb. Yüksək idarəçilik qabiliyyəti olan savadlı kadrlar onlara olunan etimadı daima doğrultmağa çalışırlar.
Belə uğurlu təyinatlardan biri də heç şübhəsiz ki, Mingəçevir Dövlət Universitetinə 09.04.2025-ci ildə rektor təyin olunmuş Anar Eminovun təyinatıdır. İşə başladığı ilk gündən ədalətli və gələcəyə yönəlmiş,şəffaf idarəçilik üsulu seçən Anar müəllimin gördüyü işlər bütün təhsil ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Özü kimi gənc və savadlı kadrlarla çalışmağa üstünlük versə də Anar müəllim, təcrübəli pedoqoqların da təcrübəsindən yararlanmağı daima məqsədə uyğun hesab edir.
Beynəlxalq təşkilatlarla əməkdaşlıq, yeni korpusun tikintisinə başlanılması, Universitetdə keçirilən elmi konfranslar buna əyani sübutdur. Ona olunan etimadı daima doğrultmağa çalışan Anar Eminova gələcək işlərində uğurlar arzulayırıq.





 Hazırladı: Xebercimedia.az-ın təsiscisi Rüstəm Zahidoğlu


Tarix: Dünən, 09:45


Bölməyə aid digər xəbərlər


«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930