27 Sentyabr – Anım Günü münasibətilə Mingəçevir şəhərində Şəhidlər Xiyabanı ziyarət edilib. Mingəçevir Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən ziyarətdə şəhərin hüquq-mühafizə orqanlarının, yerli bələdiyyə idarəetmə orqanlarının, dövlət təşkilatlarının nümayəndələri və şəhər ictimaiyyəti iştirak ediblər.
Xebercimedia.az xəbər verir ki, Ziyarət zamanı Vətən uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi dərin hörmət və ehtiramla anılıb, onların ruhuna dualar oxunub, məzarlarının üzərinə gül dəstələri düzülüb. Allahdan şəhidlərimizə rəhmət, ailələrinə səbir, qazilərimizə və müharibə veteranlarına isə şəfa dilənilib.
Tədbirdə Mingəçevir Dövlət Universitetinin (MDU) professor-müəllim heyəti, tələbə və magistrantları da fəal iştirak ediblər. Universitet kollektivi şəhidlərin müqəddəs xatirəsini bir daha ehtiramla yad edərək, onların göstərdiyi igidlik və qəhrəmanlığın daim gənc nəslin yaddaşında yaşayacağını vurğulayıb.
Qeyd edək ki, Mingəçevir şəhərində Anım Günü münasibətilə müxtəlif tədbirlər keçirilir.
Bölməyə aid digər xəbərlər































Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.