Bölgənin tarixi əhəmiyyəti, arxeoloji faktlar

Bölgənin tarixi əhəmiyyəti, arxeoloji faktlar

Azərbaycanın açıq səma muzeyi olan Kəlbəcər. Tarixə nəzər salsaq görərik ki, Kəlbəcər rayonu hansı tarixi, strateji əhəmiyyətə malik ərazidir. Kəlbəcər rayonu təbii sərvətlər baxımından Azərbaycanın ən zəngin ərazilərindən biridir. Onun dağlıq relyefi və geoloji quruluşu xüsusilə qiymətli faydalı qazıntılar və termal su mənbələri ilə doludur – İstisu Termal Bulağı, Zod yatağı Cənubi Qafqazda ən böyük qızıl yataqlarından biri hesab olunur, Kəlbəcər civə ehtiyatlarının miqdarına görə dünyada mühüm yerlərdən birini tutur, sənaye miqyaslı mişar daşı, tikinti qumu və çınqılı və s. ilə mühüm mövqe tutan ərazilərimizdəndir.
II Qarabağ müharibəsi zamanında Kəlbəcər rayonunun strateji əhəmiyyətini vurğulamadan keçə bilmərik. Belə ki, müharibənin ilk günlərində Azərbaycan Ordusu Murovdağ zirvəsini və ətrafdakı strateji yüksəklikləri azad edərək Basarkeçər–Ağdərə (Vardenis–Ağdərə) avtomobil yoluna nəzarəti ələ aldı. Bu, Ermənistan ilə Qarabağ arasındakı vacib təchizat yollarından birini kəsdi və Kəlbəcərin cənubundakı erməni qoşunlarının təklənməsinə böyük təsir etdi. 10 Noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən, Kəlbəcər rayonu bir güllə atılmadan, siyasi yolla Azərbaycana qaytarıldı və 25 Noyabr 2020-ci il: Bu tarix Kəlbəcərin rəsmi olaraq Azərbaycanın nəzarətinə qaytarıldığı gün oldu. Bildirmək lazımdır ki, Azərbaycanın ermənilərə qarşı əraziləri tərk etməsi üçün şərait yaratmasında göstərdiyi humanizmliyin qarşılığı olaraq, ermənilər rəsmi təhvil-təslim ərəfəsində (15-25 Noyabr) ərazini qeyri-qanuni tərk edən erməni sakinlər və hərbi birləşmələr məskunlaşdıqları evləri, məktəbləri və meşələri yandıraraq, növbəti dəfə vandalizm nümayiş etdirdilər. Bu, bölgədəki dağıntıların miqyasını daha da artırdı.
Artıq Qarabağda yenidənqurma işləri aparılır. Qarabağın intibah dövrünün şahidi oluruq. İlk olaraq hər bir ərazidə minalardan təmizlənmə işləri görülür ki, digər işləri görməkdə çətinlik yaranmasın. Kəlbəcərdə görülən işlərdən misal olaraq deyə bilərik ki, işğaldan azad edilmiş digər ərazilərlə əlaqəni bərpa etmək üçün Murovdağdan keçən Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi sürətlə aparılır. Bu yolun üzərində böyük tunellər (o cümlədən, Murovdağda yerləşən tunel) inşa edilir, Kəlbəcər-Laçın və Kəlbəcər-Göyçə istiqamətlərində yolların bərpa edilir, rayonun hidroenerji potensialından istifadə etmək üçün kiçik su elektrik stansiyaları (KƏS-lər) bərpa olunur və yeniləri tikilir və şəhər və kəndlərdə (Kəlbəcər şəhəri, İstisu qəsəbəsi və kəndlər) əsaslı yenidənqurma işləri gedir. “Ağıllı Kənd” layihələri planlaşdırılır.
Sabunçu qəsəbəsi, 215 saylı tam orta məktəbin
müəllimi Akif Səfərov


Tarix: Bu gün, 12:06


Bölməyə aid digər xəbərlər
21-11-2024, 13:06 Doğma diyar - Kəlbəcər