Müzəffər Ali Baş Komandan Cənab Prezident İlham Əliyev Kəlbəcər uğrunda aparılan döyüşlərdə fərqlənən igidlərimizi həmin medalla təltif etmişdir

Müzəffər Ali Baş Komandan Cənab Prezident İlham Əliyev Kəlbəcər uğrunda aparılan döyüşlərdə fərqlənən igidlərimizi həmin medalla təltif etmişdir

25 Noyabr Kəlbəcər Şəhəri Günü Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi zonasına məxsus olan Kəlbəcər rayonu öz gözəlliyi ilə daim göz oxşayır. Zəngin təbii sərvətləri və yataqları ilə məşhur olan bu rayonumuz sərt iqlimi ilə də həmçinin fərqlənmişdir. Coğrafi mövqeydən baxdıqda sərt soyuq iqlim ilə seçilən Kəlbəcər digər tərəfdən isə iqlimin ona verdiyi strateji mövqeyi ilə üstünlük qazanmışdır. Azərbaycan Respublikasının qərb bölgəsində yerləşən Kəlbəcər rayonu Ermənistan ilə sərhəddi olan ərazilərimizdən biridir. Civə yataqları,İstisu,Xromit yataqları və mağaraları ilə zəngindir. Azərbaycan Respublikası ərazisində mövcud olan ən qədim insan məskənlərindən biri məhz Kəlbəcər rayonunda yerləşir. Bura Zar mağarası hesab edilir. Mağara Paleolit dövrü qədim yaşayış məskənidir. Buradan ən qədim insana məxsus bir sıra tapıntılar tapılmışdır. Kəlbəcər rayonu Birinci Qarabağ Müharibəsi zamanı ermənilər tərəfindən işğal edilmişdir. Məhz əbəs deyilki, BMT ilk dəfə qətnamə elə 1993-cü il 3 aprel tarixində Kəlbəcərin işğalı ilə qəbul etmişdir. 822 nömrəli Qətnamə ermənilərin dərhal qeyrişərtsiz həmin ərazini boşalmasını tələb etdiyi halda düşmən bunların heç birinə əməl etməmişdir. 30 ilə yaxın bir müddətdə düşmən tapdağı altında qalmış Kəlbəcər rayonu Müzəffər Ali Baş Komandan Cənab Prezident İlham Əliyev və şücaətli ordumuz hesabına düşmən əsarətindən xilas olmuşdur 2020-ci il 27 sentyabr tarixində İkinci Qarabağ Müharibəsi başladıqdan sonra müharibə 10 noyabr 2020-ci il Üçtərəfli Bəyannamə ilə yekunlaşmışdır. Ermənistan tərəfinin məğlub olaraq imzaladığı bu Bəyannamə ilə Kəlbəcər rayonu 25 Noyabr 2020-ci il tarixində düşmən tərəfindən boşaldılıb qeyri-şərtsiz öz sahibinə Azərbaycan Respublikasına verilməlidir. Bədbin düşmən isə bu qısa müddətdə dərhal təhvil verməyin mümkünsüz olduğunu anlayıb Azərbaycan tərəfindən möhlət istəmiş, Azərbaycan Respublikası,dövlətimiz isə onlara 10 gün möhlət vermişdir. Amma Birinci Qarabağ Müharibəsi zamanı həmin düşmən biz soydaşlarımıza qarşı bir neçə saat vaxt qoymuşdur. Ulu Öndər Heydər Əliyevin 1993-cü il 15 iyun tarixində ölkə rəhbərliyinə qayıtması ilə Kəlbəcər uğrunda bir sıra uğurlu hərbi əməliyyatlar aparılmış, Kəlbəcərin bir sıra kəndləri düşməndən azad edilmisdir. 2023-cü il 31 iyul tarixli Cənab Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq düşməndən azad olunan şəhər rayonlarımızın günlərinin qeyd edilməsi ilə bağlı 25 Noyabr 2020-ci il tarixi “ Kəlbəcər şəhəri günü “ elan olunmuşdur 2020-ci il 26 noyabr “ Kəlbəcərin azad olunmasına görə medalı “ təsis edilmişdir. Müzəffər Ali Baş Komandan Cənab Prezident İlham Əliyev Kəlbəcər uğrunda aparılan döyüşlərdə fərqlənən igidlərimizi həmin medalla təltif etmişdir.
Bilgəh qəsəbəsi, Telman İsgəndərov adına 142 saylı tam orta məktəbin
Tarix müəllimi Hacıyeva Günel


Tarix: Bu gün, 12:09


Bölməyə aid digər xəbərlər