Ölkəmizin enerji potensialını gücləndirəcək stansiya bu gün artıq fəaliyyətə başlayır

Ölkəmizin enerji potensialını gücləndirəcək stansiya bu gün artıq fəaliyyətə başlayır

Azərbaycanda energetika sahəsi əsasən İstilik Elektrik stansiyaları( İES), neft-qaz resursları və son illərdə bərpa olunan enerjiyə( külək, hidro, günəş) əsaslanır. Enerji istehsalının böyük qismi İES-lər tərəfindən təmin olunur və ölkənin təhlükəsizliyində böyük rol oynayır, həmçinin enerji sektorunu inkişaf etdirmək və “yaşıl” enerjiyə keçid üçün bir çox tədbirlər görülür.
Son illər ölkəmizdə enerji sisteminin inkişafına xüsusi diqqət ayrılır və müxtəlif ərazilərdə bərpaolunan enerji növləri inkişaf etdirilir. Bu istiqamətdə görülən işlərdən biri “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının açılmasıdır.
Cənab Prezident İlham Əliyev 8 yanvar 2026-cı ildə həmin stansiyanın açılış mərasimində çıxış edərək vurğulamışdır ki, ” Bu gün ölkəmizin həyatında əlamətdar bir gündür. “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının istismara verilməsini qeyd edirik. Bu, çox önəmli hadisədir. Ölkəmizin enerji potensialını gücləndirəcək stansiya bu gün artıq fəaliyyətə başlayır. Əminəm ki, 240 meqavat gücündə stansiya ölkəmizin inkişafına öz töhfəsini verəcəkdir.”

Maştağa qəsəbəsi, 128 nömrəli tam orta ümumtəhsil
məktəbin tarix müəllimi Jalə Qurbanova


Tarix: 12-01-2026, 09:53


Bölməyə aid digər xəbərlər


«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728