Xocalı faciəsi Azərbaycan xalqının üzləşdiyi ən ağır sınaqlardan biri olsa da, eyni zamanda xalqımızın iradəsini, dözümünü və birliyini nümayiş etdirən bir tarixdir

Xocalı faciəsi Azərbaycan xalqının üzləşdiyi ən ağır sınaqlardan biri olsa da, eyni zamanda xalqımızın iradəsini, dözümünü və birliyini nümayiş etdirən bir tarixdir

Xocalı soyqırımının 33-cü ildönümü ərəfəsində Prezident İlham Əliyevin Xocalıya səfəri, rayonun Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olması, sonra kəndə köçən bir qrup sakinlə görüşü mühüm əhəmiyyət daşıyır. Dövlətimizin başçısı sakinlərlə görüşündə bildirdi ki, “Birinci Qarabağ müharibəsinin çətin vəziyyətindən əziyyət çəkən ən çox elə xocalılılar olmuşdur, onlara qarşı soyqırımı törədilmişdi. Ona görə Xocalını azad etmək hər zaman gündəlikdə duran məsələ idi”. Soyqırımına məruz qalmış Xocalıya artıq həyat qayıdıb. İnsanların doğma yurdlarına qayıdışı ilə 2024-cü il 26 fevral tarixində ilk dəfə olaraq Xocalı soyqırımı qurbanlarının xatirəsi artıq işğaldan azad olunmuş Xocalı şəhərində anıldı. Həmin gün Ölkə Prezidenti cənab İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoydu. Rayon ictimaiyyəti ilə keçirdiyi görüşündə möhtərəm dövlət başçımız xüsusilə vurğuladı ki, əslində, bu kompleksin layihəsi çoxdan hazır idi. Hətta onun inşası üçün Bakıda, Xocalı soyqırımı abidəsinin yanında yer də seçilmişdi. Lakin məhz cənab Prezident İlham Əliyevin uzaqgörənliyi bu layihənin icrasını hər dəfə təxirə salırdı. Çünki dövlətimizin başçısı bilirdi ki, zaman gələcək və biz bu torpaqlara mütləq qayıdacağıq. Cənab Prezident 2003-2020-ci illər ərzində ölkənin bütün potensialını məhz bu məqsədə çatmaq üçün səfərbər etmiş, özünün bütün fəaliyyətini bu istiqamətə yönəltmişdi. 2020-ci ilin sentyabr-noyabr ayları ərzində aparılan Vətən müharibəsi 17 il ərzində həyata keçirilən hazırlıq işlərinin möhtəşəm nəticəsi oldu.əmin torpaqlar yenidən canlanır. Ballıcada artıq 460 keçmiş köçkün yerləşib, kənddə 137 ev bərpa edilib və 60-a yaxın ev isə bərpa olunacaq.
Möhtərəm dövlət başçımız öz çıxışında birmənalı olaraq bildirdi ki, Xocalısız, Xankəndisiz Azərbaycanın qələbəsi heç zaman tam sayıla bilməzdi. Çünki Xocalı faciəsi Azərbaycan xalqının qəlbində o qədər böyük yaralar salıb ki, bu şəhər azad olunmadan biz sakitləşə bilməzdik. Nəhayət, 2023-cü il oktyabrın 15-də Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Xocalıda Azərbaycan Bayrağını qaldırdı. Bu, erməni faşizminin və separatizminin Azərbaycan torpaqlarında bundan sonra bir daha baş qaldıra bilməyəcəyinə dair bütün dünyaya göndərilən bir mesaj oldu.
Mənim fikrimcə, Xocalı faciəsini anmaq təkcə tarixə nəzər salmaq deyil, həm də gələcək nəsillərə həqiqəti çatdırmaq məsuliyyətidir. Unutmaq faciənin təkrarlanmasına zəmin yarada bilər. Buna görə də Xocalı mövzusu təkcə bir günün deyil, davamlı yaddaşın mövzusudur.
2020-ci ildə baş vermiş Vətən müharibəsi və 2023-cü ildə Xocalı şəhərinin tam nəzarətə götürülməsi tarixi ədalətin bərpası istiqamətində mühüm mərhələ oldu. Bu gün Xocalıda yenidən quruculuq işləri aparılır, ailələr doğma torpaqlarına qayıdır, həyat bərpa olunur. Bu proses yalnız fiziki bərpa deyil, həm də milli ləyaqətin və tarixi yaddaşın dirçəldilməsidir.
Xocalı faciəsi Azərbaycan xalqının üzləşdiyi ən ağır sınaqlardan biri olsa da, eyni zamanda xalqımızın iradəsini, dözümünü və birliyini nümayiş etdirən bir tarixdir. Bu hadisə bizə göstərir ki, ədalət gecikə bilər, lakin unudulmur.
Xocalını xatırlamaq – tarixi həqiqəti yaşatmaqdır. Xocalını xatırlamaq – milli kimliyimizi qorumaqdır. Xocalını xatırlamaq – gələcəyə məsuliyyətlə baxmaqdır.

Maştağa qəsəbəsi, 108 №-li tam orta ümumtəhsil məktəbin
ibtidai sinif müəllimi Novruzlu Məlahət


Tarix: Bu gün, 10:38


Bölməyə aid digər xəbərlər
24-02-2024, 10:52 Xocalı Soyqırımı


«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728