
Azərbaycan xalqı və Azərbaycan dili mənsub olduğu türk dünyasının çox önəmli parçasıdır. Böyük türk ailəsinin tam mərkəzində dayanan Azərbaycan xalqı və dili qədim köklərə malikdir.Uzun əsrlər türk dünyasına elm ,mədəniyyət işığı bizim torpaqlardan yayılmışdır.
Qədim türk dillərindən olan Azərbaycan dili türk dillərinin oğuz qrupuna aiddir.Dilimiz mənsub olduğu qrup daxilində mərkəzi mövqe tutan və geniş nüfuza malik dildir.Həmçinin azərbaycanlılarla yanaşı, ölkəmizdə yaşayan xalqların da dilidir.
Ulu Öndərimiz 60-cı illərin sonunda hakimiyyətə gəlişi ilə dilimizə böyük qayğı göstərdi.1978-ci ildə Konstitusiyaya Ana dilinin dövlət dili olması haqqında maddənin daxil edilməsi birbaşa Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü idi. Dahi liderimiz demişdir:”Bizim çox zəngin dilimiz var.Millətin milliliyini saxlayan onun ana dilidir”.
Ulu Öndərimiz dilimizin incəliyinə bələd olan böyük natiq idi Böyük şəxsiyyət olan Heydər Əliyev nitqində dilimizin bütün zənginliyini nümayiş etdirirdi
2001-ci il 9 avqust Böyük Öndərimiz Azərbaycan dili və Azərbaycan Əlifbası Günü ilə bağlı Fərman verdi.Beləliklə ,latın əlifbasına birdəfəlik keçid etdik.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də dilimizin qayğısına qalır və Azərbaycan dili ilə bağlı mühim qərarlar vermişdir. Milli Elmlər Akademiyasında çıxışı zamanı demişdir:”Azərbaycan dili 50 milyondan çox azərbaycanlının ana dilidir. Lakin təmiz ,saf ana dilinin qoruyucusu bizik-Müstəqil Azərbaycan dövləti dir.Digər dövlətlərdə ana dilimiz azərbaycanlılar arasında məişət səviyyəsində inkişaf edir.Dilimizə yad kəlimələrin yersiz olaraq gətirilməsinə ehtiyac yoxdur.Azərbaycan saflığını qorumaq hər bir azərbaycanlının əsas işi olmalıdır”
Cəlal Məmmədyarov adına 155 nömrəli tam ümumtəhsil məktəblərinin Azərbaycan dili və ədəbiyyat müəllimi Vəliyeva Humay
Bölməyə aid digər xəbərlər











Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.