Azərbaycan Respublikası və Kamboca Krallığı arasında ikitərəfli münasibətlər

Azərbaycan Respublikası və Kamboca Krallığı arasında ikitərəfli münasibətlər


Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında ikitərəfli münasibətlər qarşılıqlı hörmət, dostluq və əməkdaşlıq prinsiplərinə əsaslanır. Cənubi Qafqazda yerləşən Azərbaycan ilə Cənub-Şərqi Asiya regionunun dövlətlərindən biri olan Kamboca coğrafi baxımdan bir-birindən uzaq olsalar da, siyasi, iqtisadi, humanitar və diplomatik sahələrdə əməkdaşlığın inkişafında maraqlıdırlar.
İki ölkə arasında diplomatik münasibətlər 28 dekabr 1994-cü ildə qurulmuşdur. Sonrakı dövrdə qarşılıqlı səfərlər, siyasi məsləhətləşmələr və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələr ikitərəfli münasibətlərin inkişafına zəmin yaratmışdır.
Azərbaycan–Kamboca münasibətlərinin mühüm istiqamətlərindən biri siyasi dialoqun genişləndirilməsidir. İki ölkənin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin keçirilməsi qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsinə və əməkdaşlığın perspektivlərinin müəyyənləşdirilməsinə imkan yaradır.
2014-cü ilin aprelində Kambocanın o zamankı Baş naziri Hun Sen Azərbaycana səfər etmişdir. Bu səfər ikitərəfli münasibətlərin inkişafında əhəmiyyətli hadisələrdən biri olmuşdur. Daha sonra, 2019 və 2022-ci illərdə siyasi məsləhətləşmələrin növbəti mərhələləri keçirilmiş, 21 iyul 2025-ci ildə isə dördüncü raund Pnompen şəhərində baş tutmuşdur. Görüşlərdə siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilmişdir.
Parlamentlərarası əlaqələr də ikitərəfli münasibətlərin mühüm tərkib hissəsidir. Hər iki ölkədə parlamentlərarası dostluq və əməkdaşlıq qruplarının fəaliyyəti qanunverici orqanlar arasında təmasların inkişafına xidmət edir.
Azərbaycan və Kamboca arasında iqtisadi əməkdaşlığın inkişafı üçün geniş imkanlar mövcuddur. Ticarət əlaqələri, investisiyalar, enerji, nəqliyyat, kənd təsərrüfatı və özəl sektor arasında əməkdaşlıq tərəflərin diqqət yetirdiyi əsas istiqamətlərdəndir.
Azərbaycanın enerji və nəqliyyat-logistika sahələrində təcrübəsi, Kambocanın isə Cənub-Şərqi Asiya bazarlarına çıxış imkanları iqtisadi münasibətlərin genişləndirilməsi üçün əlverişli zəmin yaradır.
İki ölkə arasında növbəti görüş 12 oktyabr 2026-cı ildə baş tutmuşdur. Belə ki, Kamboca Krallığının Baş naziri Hun Manet Azərbaycana rəsmi səfər etmişdir. Bu səfər müddətində bir neçə görüşlər keçirilmişdir. Geniş tərkibdə görüşdə Prezident İlham Əliyev Azərbaycan ilə Kamboca arasında siyasi diplomatik münasibətlərin mövcud olduğunu vurğulayıb, bu münasibətlərdən istifadə etməklə müxtəlif sahələrdə tərəfdaşlığın inkişafı üçün geniş yol xəritəsinin hazırlanmasının vacibliyini qeyd etmişdir. Prezidentin çıxışında əsas diqqət iki ölkə arasında mövcud siyasi dialoqun konkret əməkdaşlıq istiqamətləri ilə zənginləşdirilməsinə yönəldib. Bu yanaşma onu göstərir ki, tərəflər yalnız diplomatik əlaqələrin saxlanılması ilə kifayətlənməməyi, eyni zamanda qarşılıqlı fayda verən layihələr həyata keçirməyi hədəfləyirlər.
2026-cı il oktyabrın 12-də Azərbaycan Prezidenti İlham Əliyev ilə Kambocanın Baş naziri Hun Manetin iştirakı ilə üç əməkdaşlıq sənədinin mübadiləsi həyata keçirilmişdir. Sənədlər ticarət və iqtisadi əməkdaşlığı, gəlirlərdən ikiqat vergitutmanın aradan qaldırılmasını və vergi yayınmasının qarşısının alınmasını, eləcə də ADA Universiteti ilə Kambocanın Milli Diplomatiya və Beynəlxalq Münasibətlər İnstitutu arasında əməkdaşlığı əhatə edir. Bu sənədlər iqtisadi əlaqələrin hüquqi əsaslarının və təhsil sahəsində əməkdaşlığın möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir.
Humanitar əlaqələr Azərbaycan–Kamboca münasibətlərinin inkişafında xüsusi yer tutur. Təhsil, mədəniyyət, turizm və xalqlar arasında birbaşa təmasların genişləndirilməsi qarşılıqlı anlaşmanın möhkəmlənməsinə kömək edir.
2025-ci ilin iyulunda Azərbaycan və Kamboca arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır. Bu sənəd turizm əlaqələrinin inkişafı, qarşılıqlı səfərlərin təşviqi və hər iki ölkənin turizm potensialının tanıdılması üçün imkanlar yaratmışdır.
Təhsil sahəsində də əməkdaşlığın genişləndirilməsi perspektivləri mövcuddur. 2026-cı ildə ADA Universiteti ilə Kambocanın Milli Diplomatiya və Beynəlxalq Münasibətlər İnstitutu arasında əməkdaşlığa dair sənədin mübadiləsi bu istiqamətdə atılan mühüm addımlardandır. Belə təşəbbüslər gələcəkdə tələbə və mütəxəssis mübadiləsinə, elmi əlaqələrin qurulmasına və diplomatik təcrübənin paylaşılmasına şərait yarada bilər.
Azərbaycan və Kamboca beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq imkanlarına malikdirlər. Hər iki dövlətin Birləşmiş Millətlər Təşkilatında iştirakı qlobal məsələlər üzrə fikir mübadiləsi və qarşılıqlı fəaliyyət üçün zəmin yaradır.
Kamboca Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) üzvüdür. Azərbaycan isə regional və beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə xüsusi diqqət yetirir. İki ölkə Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda qarşılıqlı maraq doğuran məsələləri müzakirə edə bilər.
2026-cı ildə Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammiti çərçivəsində Azərbaycan–Kamboca təmasları da ikitərəfli münasibətlərin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.
Görüşün əsas istiqamətlərindən biri iqtisadi münasibətlərin inkişafı olub. Prezident İlham Əliyev ticarət, investisiyalar, birgə istehsal və enerji təhlükəsizliyi sahələrini əməkdaşlıq üçün perspektivli istiqamətlər kimi qeyd edib.
Azərbaycanın enerji sektoru, nəqliyyat imkanları və Avropa ilə Asiya arasında yerləşməsi, Kambocanın isə Cənub-Şərqi Asiya regionundakı iqtisadi mövqeyi gələcək əməkdaşlıq üçün imkanlar yaradır. Bununla belə, bu imkanların real nəticələrə çevrilməsi üçün şirkətlər arasında əlaqələrin yaradılması, bazarlar haqqında məlumatların artırılması və konkret layihələrin hazırlanması vacibdir.
12 oktyabr 2026-cı ildə Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə Kamboca Krallığının Baş naziri Hun Manet arasında keçirilən görüş iki ölkənin münasibətlərində iqtisadi və siyasi əməkdaşlığın genişləndirilməsinə yönəlmiş mühüm diplomatik hadisə kimi qiymətləndirilə bilər.
Bununla belə, imzalanmış sənədlərin və əldə olunmuş razılaşmaların uzunmüddətli nəticələri onların sonrakı icrasından, birgə layihələrin hazırlanmasından və biznes əlaqələrinin genişləndirilməsindən asılı olacaq. Gələcəkdə qarşılıqlı faydaya əsaslanan təşəbbüslərin həyata keçirilməsi Azərbaycan ilə Kamboca arasında dostluq münasibətlərinin möhkəmlənməsinə, iqtisadi əlaqələrin dərinləşməsinə və xalqlar arasında təmasların artmasına töhfə verə bilər.
Beləliklə, Azərbaycan - Kamboca münasibətləri müxtəlif sahələrdə əməkdaşlıq potensialına malikdir və bu potensialın reallaşdırılması hər iki dövlət üçün yeni imkanlar yarada bilər.

Məktəb: 81 nömrəli tam orta məktəb.
Müəllim: Ağacanova Mehri.


Tarix: Bu gün, 10:13


Bölməyə aid digər xəbərlər


«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031