01:37 / 19-10-2026
Həbib Həsənov – Qanunun Aliliyinə, Ədalətə və İnsan Hüquqlarına Xidmət Edən Məhkəmə Rəhbəri
01:35 / 19-10-2026
Nurlan Əhmədov – Doğma Kəndinə Bağlılığı, İnsanlara Qayğısı və Məsuliyyətli Fəaliyyəti ilə Tanınan Bələdiyyə Sədri
01:32 / 19-10-2026
Mürsəl Eminov – Vətəndaşa Qayğı, Dövlətə Sədaqət və Məsuliyyətli İdarəçilik Dəyərləri
01:30 / 19-10-2026
Dr. Afər Allahverdiyev – İnsanlara Şəfa, Həkimlik Sənətinə Şərəf Verən Neyrocərrah
01:26 / 19-10-2026
Mustafa Əliyev – Halal Zəhməti, İşgüzarlığı və İnsanlara Dəyər Verən Sahibkarlıq Fəaliyyəti ilə Seçilən İş Adamı
01:23 / 19-10-2026
Empire by Asthetik Lab – Zərifliyin, Estetik Yenilənmənin və Müasir Gözəllik Texnologiyalarının Ünvanı
01:20 / 19-10-2026
Şahin Tağıyev – Novxanının Abadlığına, Sakinlərin Qayğılarına və İctimai Həmrəyliyə Yönələn Fəaliyyət
01:18 / 19-10-2026
İlham Müəllim – Halal Zəhməti, İşgüzarlığı və İnsanlara Dəyər Verən Sahibkarlıq Fəaliyyəti ilə Seçilən İş Adamı
01:15 / 19-10-2026
Məzahir Səlimov – Vətənə Sədaqəti, Zəhməti və Peşəkarlığı ilə Seçilən Rəhbər
22:41 / 05-10-2026
Sərxan İsmayılov: Xalq-iqtidar birliyi sabitliyin qarantıdır
22:39 / 05-10-2026
Novxanının qayğısını gündəlik əməli işə çevirən rəhbər – Şahin Tağıyev
22:36 / 05-10-2026
Anar Qasımov: Qələbə ruhu ilə strateji hədəflərə doğru
22:30 / 05-10-2026
Fərdi Ağamalıyev: Azərbaycan tərəqqi və inkişaf yolunda irəliləyir
22:26 / 05-10-2026
Şəhər rahatlığı gündəlik zəhmətdən başlayır — Manaf Manafovun məsuliyyətli fəaliyyəti
22:19 / 05-10-2026
İnsan Həyatının Ən Həssas Nöqtəsində Dayanan Peşəkarlıq – Neyrocərrah Dr. Afər Allahverdiyev
22:16 / 05-10-2026
Suyun Hər Damlasında Məsuliyyət Var – Şəmil Ziyadovun Meliorasiya Sahəsində Fəaliyyəti
22:13 / 05-10-2026
Ticarətdə Etibarın və Keyfiyyətli Xidmətin Ünvanı – “Ordubad Market”in Rəhbəri Toğrul Müəllim
23:01 / 04-10-2026
Ayaz Əliyev: Cəbrayılın yeni dövrü - bərpa, qayıdış və inkişaf
22:59 / 04-10-2026
Elmin Dəqiqliyini Həkim Mərhəməti ilə Birləşdirən Ziyalı – Dr. Həsən Əsədov
19:19 / 02-10-2026
Şəhriyar müəllim: Uzaqgörən qərarlar, strateji hədəflər
19:16 / 02-10-2026
Münasib Qurbanov: Liderlik, güclü iradə, xalq dəstəyi
19:10 / 02-10-2026
Etibar müəllim: Uzaqgörən siyasət və milli maraqlar
19:07 / 02-10-2026
Elşad Hüseynov: Heydər Əliyev və dayanıqlı inkişaf modeli
19:04 / 02-10-2026
Elşad Abdullayev: Heydər Əliyev və Azərbaycanın dövlətçilik strategiyası
23:51 / 22-09-2026
XADİMƏ TƏLƏB OLUNUR – MAAŞ 500 AZN
23:13 / 20-09-2026
Təbiətə Sahib Çıxmaq Gələcəyin Haqqını Qorumaqdır
22:37 / 04-09-2026
“Ordubad Supermarket” – Sumqayıtda Alış-Veriş Mədəniyyətinə Öz Yanaşmasını Gətirən Ünvan
22:16 / 03-09-2026
Göyçay Pendir Sexi – Ənənəvi Pendir Dadını Süfrələrə Daşıyan Yerli İstehsal
22:12 / 03-09-2026
Ramin Ağazadə: Azərbaycanın Yeni Siyasi Xətti: Cənubi Qafqazdan Mərkəzi Asiyaya Uzanan Əməkdaşlıq Məkanı
22:09 / 03-09-2026
11 Saylı Cəzaçəkmə Müəssisəsində Nizam-İntizam və Peşəkar İdarəçilik – Şakir Qəniyev
22:06 / 03-09-2026
Green Villa Baku – Paytaxtda Rahat Yaşayışın Fərqli Ünvanı
Qubadlı şəhərinin işğaldan azad edilməsi böyük Qələbəni daha da yaxınlaşdırırdı
Bölməyə aid digər xəbərlər

2020-ci ilin oktyabrın 20-də Zəngilan şəhəri işğaldan azad olunduqdan sonra təbii ki, növbəti istiqamət Qubadlı rayonu idi. Bunu işğalçı Ermənistan silahlı qruplaşmaları da bildiklərindən şəhərdə güclü istehkamlar qurmuşdular. Hətta yüksəkliklər də düşmənin nəzarətində idi. Bu mənada, Qubadlını azad etmək üçün, ilk növbədə, həmin yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Söz yox ki, Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərdi, ilk növbədə, şəhərə hakim olan yüksəkliklər götürdü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri və strateji yüksəkliklər azad olundu. Nəhayət, oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizlədi. Qubadlının azad olunması ilə Silahlı Qüvvələrimizin Laçın istiqamətində əməliyyatlar həyata keçirmək üçün möhtəşəm imkan əldə olundu. Qoşunlarımızın irəliləməsi üçün Hadrut-Şuşa istiqamətində isə kifayət qədər geniş şərait yarandı. Laçın istiqamətinə yol açıldı. Laçın dəhlizini tam atəş nəzarətində saxlamağa nail olundu. Düşmən ehtiyatlarının Qarabağa daşınmasını və düşmən bölmələrinin Qarabağ daxilində manevr etmək imkanı tam məhdudlaşdırıldı. Laçın dəhlizinin bağlanması isə xüsusilə Şuşanın azad edilməsi üçün həyata keçirilən döyüş əməliyyatlarının taleyini əvvəlcədən həll etdi.
Qubadlının işğaldan azad olunması həm də Ermənistanın cinayətlərinin də üstünü açdı. Şəhər işğaldan azad ediləndən sonra məlum oldu ki, ermənilər Xanlıqda hərbi istehkam, hərbi baza qurublar. Eyni zamanda, xaricdən gələn ermənilər üçün elə xaricdə yaşayan ermənilərin pulu ilə Xanlıqda qəsəbə salmışdılar. Bununla belə, Xanlıq kəndində qanunsuz məskunlaşma aparmış, xaricdən gətirilən erməniləri burada qanunsuz yollarla yerləşdirmişdilər. Bu da əlbəttə ki, müharibə cinayəti sayılır. Cenevrə konvensiyalarına görə, işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur. Ermənistan bu cür cinayət əməllərinə görə də beynəlxalq hüquq qarşısında cavab verməlidir.
Hazırda Qubadlıda quruculuq, bərpa işləri, müasir nəqliyyat, enerji və s. sosial-iqtisadi infrastruktur layihələri uğurla icra olunmaqdadır. Bütövlükdə, azad olunmuş ərazilərimizdə görülən möhtəşəm işlər hər birimizi qürurlandırır. Əminliklə demək olar ki, tezliklə bu ərazilər bütünlüklə yenidən, ən müasir səviyyədə qurulacaq və insanlar doğma yurdlarında firəvan yaşayacaqlar.
Zülfüqar Cəfərov-YAP Sabunçu rayon təşkilatının sədr müavini, Vətən müharibəsi iştirakçısı
Tarix: Dünən, 10:51
Bölməyə aid digər xəbərlər
24-10-2024, 13:04
Ramella Məmmədova: Zəfər yürüşünün strateji dönüş nöqtəsi…
30-09-2025, 09:45
“Mais dedi ki, incimə...” - Generalın döyüş xatirələri
24-10-2024, 15:28
Arzu Hacıyeva: Qarabağ Zəfərinin parlaq səhifəsi
Dünən, 10:46
Qubadlı Azərbaycanın ən gözəl guşələrindən biridir











Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.