
Azərbaycan ilə Vyetnam arasında münasibətlər ötən əsrin ortalarından formalaşmağa başlayan möhkəm dostluq ənənələrinə əsaslanır. Təxminən 70 illik tarixə malik bu əlaqələr zamanın sınaqlarından keçərək bu gün keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyevin 19 noyabr 2026-cı ildə Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə də iki ölkə arasında münasibətlərin tarixi köklərini, mövcud vəziyyətini və gələcək inkişaf perspektivlərini əhatə etməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Dövlət başçısının müsahibəsində xüsusi vurğuladığı kimi, Azərbaycan–Vyetnam dostluğunun başlanğıcı 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya tarixi səfərinə gedib çıxır. Bu səfər iki xalq arasında qarşılıqlı hörmət və etimadın formalaşmasında mühüm rol oynayıb. Sonrakı illərdə isə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və səyləri ilə münasibətlər daha da inkişaf etdirilib. Xüsusilə 1983-cü ildə onun rəhbərliyi ilə sovet nümayəndə heyətinin Vyetnama səfərinin müddətinin səkkiz günə qədər uzadılması və ölkənin müxtəlif regionlarını əhatə etməsi əməkdaşlığın genişlənməsinə ciddi təkan verib. Həmin səfər çərçivəsində əldə olunan razılaşmalar Vyetnam iqtisadiyyatının inkişafına töhfə verməklə yanaşı, uzunmüddətli tərəfdaşlığın əsas istiqamətlərini də müəyyənləşdirib.
Müstəqillik dövründə Azərbaycan bu tarixi əlaqələri yeni geosiyasi və iqtisadi reallıqlara uyğun şəkildə davam etdirib. 2014-cü ildə Prezident İlham Əliyevin Vyetnama ilk dövlət səfəri, 2015-ci ilin mayında isə Vyetnam Prezidenti Çıonq Tan Şanqın Azərbaycana cavab səfəri münasibətlərin inkişafında mühüm mərhələlər olub. Bu qarşılıqlı səfərlər siyasi dialoqun davamlılığını təmin etməklə yanaşı, iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsi üçün də əlverişli zəmin yaradıb.
Azərbaycan–Vyetnam əlaqələrinin inkişafında ən mühüm hadisələrdən biri 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana ilk dövlət səfəri olub. Prezident İlham Əliyevin müsahibəsində də xüsusi qeyd etdiyi bu səfər iki ölkə arasında münasibətlərdə yeni səhifə açıb. Danışıqlar zamanı energetika, investisiya, müdafiə, kibertəhlükəsizlik və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.
Səfərin əsas nəticələrindən biri Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin qəbul edilməsi olub. Bu sənəd Azərbaycan və Vyetnam münasibətlərinin mahiyyət etibarilə yeni səviyyəyə yüksəldiyini təsdiqləyir. Artıq tərəflər yalnız ənənəvi dostluq əlaqələrinin qorunması ilə kifayətlənmir, eyni zamanda, müxtəlif sahələrdə uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığın inkişafına çalışırlar.
Siyasi dialoqun intensivliyi də münasibətlərin institusional əsaslarının möhkəmləndiyini göstərir. Dövlət başçıları səviyyəsində təmaslarla yanaşı, hökumətlərarası komissiyalar, müvafiq dövlət qurumları və parlamentlərarası dostluq qrupları vasitəsilə əməkdaşlıq davam etdirilir. Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında əlaqələr də bu prosesin mühüm istiqamətlərindən biridir. Eyni zamanda, BMT, Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) və digər beynəlxalq platformalarda qarşılıqlı fəaliyyət iki ölkənin ortaq maraqlarının müdafiəsinə xidmət edir.
Prezident İlham Əliyevin müsahibəsində diqqət çəkən əsas məqamlardan biri iqtisadi-ticari münasibətlərin mövcud vəziyyəti və gələcək potensialı ilə bağlıdır. 2025-ci ilin yekunlarına görə, Azərbaycan ilə Vyetnam arasında ticarət dövriyyəsi 150 milyon dolları ötüb. Bununla belə, dövlət başçısı bu göstəricinin iki ölkənin real iqtisadi imkanlarını tam əks etdirmədiyini vurğulayır.
Həqiqətən də, Azərbaycan və Vyetnamın iqtisadi potensialı, coğrafi mövqeyi və müxtəlif sahələrdə malik olduğu üstünlüklər qarşılıqlı ticarətin daha yüksək səviyyəyə çatdırılması üçün əlverişli imkanlar yaradır. Energetika, sənaye, kənd təsərrüfatı, nəqliyyat və logistika sahələri bu baxımdan xüsusi perspektivə malikdir.
Ənənəvi əməkdaşlıq istiqaməti olan neft-qaz sektoru isə ikitərəfli iqtisadi münasibətlərin əsas sütunlarından biri olaraq qalır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnam Milli Neft və Qaz Şirkəti (PetroVietnam)
Bakı şəhəri H.Ağaverdiyev adına 113 nömrəli tam orta
ümumtəhsil məktəbinin direktoru Rüstəmova Gültəkin
Bölməyə aid digər xəbərlər











Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.