Azərbaycan və Vyetnam arasında əməkdaşlıq daha da genişlənəcək

Azərbaycan və Vyetnam arasında əməkdaşlıq daha da genişlənəcək

Azərbaycanın praqmatik xarici siyasət kursu dünya ölkələri ilə milli maraqlara söykənən əməkdaşlığın genişlənməsinə, qarşılıqlı etimadın möhkəmlənməsinə və dövlətlərarası münasibətlərin bərabərhüquqlu prinsiplər əsasında inkişafına xidmət edir. Azərbaycanla Vyetnamı min kilometrlərlə məsafə ayırır. Buna baxmayaraq Şərqi Asiyada yerləşən bu dövlətlə ölkəmizin əlaqələri genişlənməkdədir. Bu gün Vyetnam Respublikası ilə əlaqələr ənənəvi dostluq çərçivəsini aşaraq strateji tərəfdaşlıq mərhələsinə qədəm qoyub. Təxminən yetmişillik tarixə söykənən bu əməkdaşlıq zamanın sınaqlarından uğurla çıxmış siyasi etimad, ortaq tarixi yaddaş və qarşılıqlı iqtisadi maraqlar üzərində qurulub.
Ölkələr arasında əlaqələrin tarixinə nəzər salsaq görərik ki,  Azərbaycan-Vyetnam münasibətlərinin təməli hələ XX əsrin ortalarında qoyulub. 1959-cu il iyulun 23-də Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Bakıya səfərə gəlib. Səfər günlərində “Neft Daşları”ndakı neft platformalarını ziyarət edən Ho Şi Min Vyetnamın da dəniz neftinin hasilatında Azərbaycan mütəxəssislərinə ümid bəslədiyini bildirib. 1981-ci ildə Vyetnamın Sovet İttifaqı ilə birgə “Vietsovpetro” müəssisəsinin yaradılmasında 2 minədək azərbaycanlı neftçi mühüm rol oynayıb. Bu prosesə 1983-cü ildə Ümummilli Lider Heydər Əliyevin SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini qismində Vyetnama səkkizgünlük səfəri və ölkənin əsas bölgələrini əhatə edən dirçəliş təşəbbüsləri güclü təkan verib.
Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama dövlət, Vyetnamın Prezidenti Çıonq Tan Şanqın isə 2015-ci ildə Azərbaycana rəsmi səfərləri ikitərəfli əlaqələrin əsaslarını möhkəmləndirib. Münasibətlərin məntiqi davamı kimi 2025-ci il mayın 7-8-də Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi, hazırda həm də Vyetnam Sosialist Respublikasının Prezidenti olan To Lamın Azərbaycana dövlət səfəri, səfər çərçivəsində “Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat”ın qəbul edilməsi Bakı-Hanoy münasibətlərini keyfiyyətcə yeni müstəviyə çıxarıb.
İndiyədək iki ölkə arasında 30-dan çox sənəd imzalanıb. Energetika, nəqliyyat və investisiyalardan tutmuş müdafiə, elm və təhsilə qədər geniş sahələri əhatə edən bu tərəfdaşlıq İqtisadi, ticari, elmi, texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya, XİN-lərarası siyasi məsləhətləşmələr və parlamentlərarası dostluq qrupları vasitəsilə dəstəklənir.
Altun İbrahimov – YAP Sabunçu rayon təşkilatının məsləhətçisi


Tarix: Dünən, 12:54


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30