19:30 / 11-11-2026
Mərhəməti, Qayğıkeşliyi və Peşəsinə Sədaqəti ilə Seçilən Tibb İşçisi – Sevinc Qələndərova
00:53 / 07-11-2026
Həyatla Zaman Arasında Verilən Qərarlar – Təcili Tibbin Peşəkar Həkimi Aydan xanım
22:44 / 28-10-2026
Qarabağın Dirçəlişinə Əmək, Doğma Torpağa Sədaqət – Müşfiq Adıgözəlovun Məsuliyyətli Fəaliyyət Yolu
22:42 / 28-10-2026
Müəllim Zəhmətinə Verilən Dəyər, İnsanlara Qayğı və Şərəfli Ömür Yolu – Niyazi Nəcəfov
22:40 / 28-10-2026
İnsanların Xoşbəxt Anlarına Dəyər Qatan Sahibkar – “Xudafərin” Şadlıq Sarayının Rəhbəri Siyavuş Əsgərov
22:36 / 28-10-2026
Ağstafanın Tərəqqisinə Düşünülmüş Qərarlar və Məsuliyyətli Əməklə Xidmət – İlqar Hacıyev
22:34 / 28-10-2026
Gələcəyin Savadlı Nəslini Yetişdirən, Təhsilə və Mənəvi Dəyərlərə Önəm Verən Rəhbər – Pənah Babayev
22:32 / 28-10-2026
Təbiətə Sevgi, Vətənə Bağlılıq və Məsuliyyətli İdarəçilik – Rafiq Ədilovun Fəaliyyət Yolu
22:29 / 28-10-2026
Cərrahın Məharəti, Alimin Zəkası və İnsanlara Şəfa Vermək Amalı – Dosent Həsən Əsədov
22:27 / 28-10-2026
İnsanların Ev Arzusuna Dəyər Qatan Sahibkar – “Orbita” MTK-nın Rəhbəri Famil Bağıyev
22:37 / 25-10-2026
MÜƏLLİM VƏ TƏLƏBƏLƏRİNİN BİRLİKDƏ QAZANDIĞI QƏLƏBƏ AZƏRBAYCAN İDMANININ QÜRURVERİCİ SƏHİFƏSİDİR!
01:37 / 19-10-2026
Həbib Həsənov – Qanunun Aliliyinə, Ədalətə və İnsan Hüquqlarına Xidmət Edən Məhkəmə Rəhbəri
01:35 / 19-10-2026
Nurlan Əhmədov – Doğma Kəndinə Bağlılığı, İnsanlara Qayğısı və Məsuliyyətli Fəaliyyəti ilə Tanınan Bələdiyyə Sədri
01:32 / 19-10-2026
Mürsəl Eminov – Vətəndaşa Qayğı, Dövlətə Sədaqət və Məsuliyyətli İdarəçilik Dəyərləri
01:30 / 19-10-2026
Dr. Afər Allahverdiyev – İnsanlara Şəfa, Həkimlik Sənətinə Şərəf Verən Neyrocərrah
01:26 / 19-10-2026
Mustafa Əliyev – Halal Zəhməti, İşgüzarlığı və İnsanlara Dəyər Verən Sahibkarlıq Fəaliyyəti ilə Seçilən İş Adamı
01:23 / 19-10-2026
Empire by Asthetik Lab – Zərifliyin, Estetik Yenilənmənin və Müasir Gözəllik Texnologiyalarının Ünvanı
01:20 / 19-10-2026
Şahin Tağıyev – Novxanının Abadlığına, Sakinlərin Qayğılarına və İctimai Həmrəyliyə Yönələn Fəaliyyət
01:18 / 19-10-2026
İlham Müəllim – Halal Zəhməti, İşgüzarlığı və İnsanlara Dəyər Verən Sahibkarlıq Fəaliyyəti ilə Seçilən İş Adamı
01:15 / 19-10-2026
Məzahir Səlimov – Vətənə Sədaqəti, Zəhməti və Peşəkarlığı ilə Seçilən Rəhbər
22:41 / 05-10-2026
Sərxan İsmayılov: Xalq-iqtidar birliyi sabitliyin qarantıdır
22:39 / 05-10-2026
Novxanının qayğısını gündəlik əməli işə çevirən rəhbər – Şahin Tağıyev
22:36 / 05-10-2026
Anar Qasımov: Qələbə ruhu ilə strateji hədəflərə doğru
22:30 / 05-10-2026
Fərdi Ağamalıyev: Azərbaycan tərəqqi və inkişaf yolunda irəliləyir
22:26 / 05-10-2026
Şəhər rahatlığı gündəlik zəhmətdən başlayır — Manaf Manafovun məsuliyyətli fəaliyyəti
22:19 / 05-10-2026
İnsan Həyatının Ən Həssas Nöqtəsində Dayanan Peşəkarlıq – Neyrocərrah Dr. Afər Allahverdiyev
22:16 / 05-10-2026
Suyun Hər Damlasında Məsuliyyət Var – Şəmil Ziyadovun Meliorasiya Sahəsində Fəaliyyəti
22:13 / 05-10-2026
Ticarətdə Etibarın və Keyfiyyətli Xidmətin Ünvanı – “Ordubad Market”in Rəhbəri Toğrul Müəllim
23:01 / 04-10-2026
Ayaz Əliyev: Cəbrayılın yeni dövrü - bərpa, qayıdış və inkişaf
22:59 / 04-10-2026
Elmin Dəqiqliyini Həkim Mərhəməti ilə Birləşdirən Ziyalı – Dr. Həsən Əsədov
Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadır
Azərbaycan və gürcü xalqları arasındakı dost və qardaşlıq əlaqələrinin çox qədim tarixi kökləri vardır. Qonşu xalqlar arasında hər zaman sıx əlaqələr mövcud olub və bu gün də qalmaqdadır. Əsrlər boyu bizim xalqlarımız dostluq və mehriban qonşuluq şəraitində yaşamışlar, dövlətlərarası münasibətlər bu möhkəm zəmin üzərində qurulmuşdur. Müstəqillik qazandıqdan sonra da Gürcüstan və Azərbaycan daim bir-birinin yanındadır. Gürcüstan Şərq-Qərb arasında mühüm tranzit məntəqələrindən biri hesab olunur. Geostrateji yerləşməsinə görə mühüm nəqliyyat şəbəkəsinə malik olan Gürcüstan həm Qərb ölkələri, həm də regional dövlətlər üçün strateji tərəfdaş kimi səciyyələnir.
Martın 16-da İrakli Kobaxidzenin Baş nazir kimi ilk xarici səfərini məhz Azərbaycana etməsi ölkələrimiz arasında əlaqələrə verilən əhəmiyyəti bir daha göstərdi. Həmin gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəvəti ilə ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycanın dövlət başçısı ilə təkbətək və geniş tərkibli görüşləri olub. Görüşlərin yekununda Prezident İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər. Baş nazir İrakli Kobaxidzeni salamlayan Prezident İlham Əliyev qeyd edib ki, bu gün hər iki ölkə birgə səylərlə nəinki öz iqtisadi inkişafını təmin edir, eyni zamanda, bölgə üçün və böyük mənada Avrasiya üçün də önəmli ölkələrə çevrilib.
Prezident İlham Əliyev bildirib ki, Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadır. “Bizim dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır. Əsrlər boyu bizim xalqlarımız dostluq və mehriban qonşuluq şəraitində yaşamışlar. Bu möhkəm zəmin üzərində dövlətlərarası münasibətlər qurulmuşdur” – deyə Azərbaycan Prezidenti bildirib.
Birgə həyata keçirilən infrastruktur layihələri – nəqliyyat, enerji layihələri bir çox ölkələr üçün böyük əhəmiyyət kəsb edir və bundan sonra da bu istiqamətdə əlavə addımlar atılacaq. Xüsusilə nəqliyyat sahəsində yaradılan və yaradılacaq yeni infrastruktur bir çox ölkələr üçün əvəzolunmaz imkanlar açacaq. Bakı-Tbilisi-Qars dəmir yolunun bir-iki aydan sonra artıq genişləndirilmiş formada fəaliyyətə başlaması çox böyük nailiyyətlərdən biridir. Artıq bir-iki aydan sonra bu dəmir yolunun ötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılacaq və eyni zamanda, bu dəmir yolunun fəaliyyəti bir çox ölkələr üçün də cəlbedici olacaq.
Azərbaycan və Gürcüstan enerji sahəsində sıx əməkdaşlıq edirlər. Belə ki, iki dost ölkənin iştirakı ilə strateji layihələr olan Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Tbilisi-Qars uğurla həyata keçirilir. Dövlətimizin başçısı haqlı olaraq qeyd edib ki, nəqliyyat sahəsində yaradılan və yaradılacaq yeni infrastruktur bir çox ölkələr üçün əvəzolunmaz imkanlar açacaq.
Azərbaycan Gürcüstanın ən böyük investorlarından və əsas ticarət tərəfdaşlarından biridir. Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi artmaqdadır. Keçən il ticarət dövriyyəsi 15 faiz artaraq, artıq 900 milyon ABŞ dollarına yaxındır. Azərbaycan investorları Gürcüstan iqtisadiyyatına 3,4 milyard dollar sərmayə qoyublar. Bundan əlavə, Gürcüstanda Azərbaycan kapitallı mindən çox şirkət fəaliyyət göstərir.
Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşdən sonra mətbuata bəyanatında xüsusi vurğulayıb ki, Biz bütün dövrlərdə bir-birimizin suverenliyini, ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığını dəstəkləyən açıqlamalar vermişdik, müvafiq beynəlxalq təşkilatlarda səsvermə zamanı bir-birimizi dəstəkləmişdik. Bundan sonra da bu dəstək davam edəcək.Görüşdə qeyd edilib ki, perspektivli istiqamət Azərbaycan və Gürcüstanın böyük potensiala malik olmasına əsaslanan bərpaolunan enerji sahəsində əməkdaşlıqdır. Söhbət Günəş, külək və su elektrik stansiyalarının tikintisindən gedir və tərəflər yaşıl enerji layihələri üzərində işləyirlər. Digər uğurlu layihələr kimi, yaşıl enerji layihəsi də eyni müvəffəqiyyətlə icra ediləcək. Yaşıl enerjiyə böyük tələbatın olduğunu diqqətə çatdıran dövlətimizin başçısı bir daha qeyd etdi ki, həm Gürcüstanın, həm Azərbaycanın çox böyük bərpaolunan enerji potensialı var və tərəflər hazırda texniki-iqtisadi əsaslandırma üzərində çalışırlar. İlin sonuna qədər bu prosesin başa çatacağı və ondan sonra praktiki addımların atılacağı planlaşdırılır.
Əminik ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana səfəri iki dövlət arasında dostluq və hərtərəfli əməkdaşlıq əlaqələrinin daha da inkişafına kömək olacaqdır.
Bölməyə aid digər xəbərlər

Qəhrəman Cəbrayılov
65 saylı Salyan - Biləsuvar - Neftçala Dairə Seçki
Komissiyasının sədri
Tarix: 18-03-2024, 16:35
Bölməyə aid digər xəbərlər
18-03-2024, 16:36
Azərbaycan - Gürcüstan əlaqələri mehriban qonşuluq və dostluğa əsaslanıb
18-03-2024, 16:36
Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır

Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.