![]()
Bu gün redaksiya olaraq Respublika Perinatal Mərkəzində baş verən yanğın hadisəsi barədə danışmaq istəyirik. Yanğın Mərkəzin dördüncü mərtəbəsində baş vermişdir.
Bu barədə ilkin məlumatı Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Rza Xudiyev bildirmişdir.
Bildirilib ki, yanğın bir otaqda 35 kv m sahəni əhatə edib. Binanın dörd və üçüncü mərtəbələrindəki pasiyent və personal təxliyə olunub.
Qeyd olunub ki, yanğın qısa müddətdə söndürülüb: “Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb”.
Yanğının baş verməsindən neçə müddət keçməsinə baxmayaraq, müəssisənin işçiləri, həkimləri və tibb işçiləri öz yerlərinə qayıda bilməyiblər.
Bu gün redaksiya olaraq ünvanladığımız müraciətdə bildirmək istəyirik ki, uzun müddətdir səhiyyə sahəsində fəaliyyət göstərən, xəstələrə xüsusi diqqət və qayğı ilə yanaşan savadlı həkimlərimiz bu gün öz iş yerlərindən məhrum olublar. Körpələrin sağlamlığa qovuşması, həmçinin cəmiyyətə sağlam uşaq verilməsində bu həkimlərin əvəzsiz rolu olmuşdur. Xəstəxanada baş verən məlum yanğın hadisəsindən sonra xəstələrə, hamilə qadınlara tibbi xidmətlər göstərilmir.
Əziz və dəyərli Mehriban xanım! Yazıb sizdən xahiş edirik ki, bu məsələdə bizə köməklik göstərəsiniz. Çünki siz hər zaman Səhiyyəmizin inkişafına yüksək diqqət və qayğı göstərmisiniz. Ümid edirik ki, Respublika Perinatal Mərkəzinin yenidən bərpa olunmasına köməklik göstərəcəksiniz.
Bölməyə aid digər xəbərlər











Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.