Qanunun keşiyində dövlətə və xalqa sədaqətlə xidmət edən polis rəhbəri – Cavid Muradov

Asayişin keşiyində dayanan idarəçilik nümunəsi – Sabunçuda təhlükəsizliyin və vətəndaş etimadının təminatçısı

Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin rəisi Cavid Muradov uzun illərdir ki, dövlətə, xalqa və qanunun aliliyinə sədaqətlə xidmət edən peşəkar polis rəhbərlərindən biri kimi tanınır. Onun fəaliyyəti yalnız xidməti kabinetlə məhdudlaşmır, eyni zamanda insanların problemlərinə həssas yanaşması, vətəndaşlarla səmimi münasibəti və cəmiyyətin müxtəlif təbəqələrinə göstərdiyi diqqət ilə də seçilir. Polis orqanlarında çalışdığı müddət ərzində daim dövlətçilik prinsipini hər şeydən üstün tutan Cavid Muradov, üzərinə düşən məsuliyyəti yüksək peşəkarlıq və böyük vicdanla yerinə yetirən rəhbərlərdən biri kimi hörmət qazanıb. Onun adı bu gün Sabunçu rayonunda təhlükəsizliyin, sabitliyin və qanunun qorunması ilə yanaşı, həm də humanist münasibətin simvolu kimi çəkilir.

Cavid Muradovun fəaliyyətində diqqət çəkən əsas məqamlardan biri onun insanlara münasibətindəki səmimiyyət və xeyirxahlıqdır. O, xüsusilə aztəminatlı ailələrin problemlərinə həmişə həssas yanaşan, onların çətin günlərində yanında olan rəhbərlərdən biridir. Müxtəlif bayram günlərində, müqəddəs Ramazan və Qurban bayramlarında ehtiyacı olan ailələrə göstərilən yardımlar, sosial vəziyyəti ağır olan insanlara edilən dəstək onun humanist xarakterinin ən bariz nümunələrindəndir. İnsanların yalnız xidməti müraciətlərini deyil, mənəvi sıxıntılarını da anlayışla qarşılayan Cavid Muradov üçün polis olmaq sadəcə vəzifə deyil, xalqa xidmət missiyasıdır. Məhz buna görə də onun fəaliyyəti vətəndaşlar arasında rəğbətlə qarşılanır.

Şəhid ailələrinə və qazilərə göstərdiyi xüsusi diqqət də Cavid Muradovun fəaliyyətində mühüm yer tutur. Vətən uğrunda canından keçən qəhrəmanların ailələrinə göstərilən hörmət və qayğı onun dövlətə bağlılığının və milli dəyərlərə sədaqətinin göstəricisidir. Şəhid ailələrinin ziyarət olunması, onların problemlərinin dinlənilməsi, ehtiyaclarının qarşılanması istiqamətində atılan addımlar bir daha sübut edir ki, Cavid Muradov üçün bu müqəddəs ailələr hər zaman xüsusi önəm daşıyır. O, qazilərimizin cəmiyyətə inteqrasiyası, onların qayğılarının həll olunması istiqamətində də daim diqqətli mövqe nümayiş etdirir və bunu böyük məsuliyyət hissi ilə həyata keçirir.

Dövlətçilik prinsiplərinə sadiq olan Cavid Muradov hər zaman Azərbaycan dövlətinin maraqlarını uca tutan, ölkədə sabitliyin və asayişin qorunmasını özünün əsas vəzifəsi hesab edən rəhbərlər sırasındadır. Onun fəaliyyətində qanunun aliliyi, vətəndaş məmnunluğu və dövlətə sədaqət əsas prioritetlər kimi ön plana çıxır. Bu gün ölkəmizdə hüquq-mühafizə orqanlarının nüfuzunun yüksəlməsində belə peşəkar və məsuliyyətli polis rəhbərlərinin fəaliyyəti mühüm rol oynayır. Cavid Muradov da məhz öz işi, davranışı və insanlarla münasibəti ilə polis adına olan etimadı daha da gücləndirən şəxslərdəndir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinə sadiqliyi ilə seçilən Cavid Muradov, ölkədə hüquq qaydasının qorunması, vətəndaşların təhlükəsizliyinin təmin olunması istiqamətində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Dövlət başçısının müəyyən etdiyi inkişaf strategiyasına uyğun şəkildə fəaliyyət göstərən polis rəisi, hər zaman dövlətə və dövlətçiliyə bağlı mövqeyi ilə seçilib. Onun xidmətində vətənə sevgi, dövlətə sədaqət və xalqa xidmət anlayışı əsas xətt təşkil edir. Bu xüsusiyyətlər isə onu həm kollektiv arasında, həm də vətəndaşların gözündə hörmətli bir rəhbərə çevirir.

Cavid Muradov rəhbərlik etdiyi kollektivdə də nizam-intizamın, peşəkarlığın və sağlam iş mühitinin formalaşmasına xüsusi önəm verir. O, əməkdaşlarına daim qanunun keşiyində vicdanla dayanmağı, vətəndaşlarla nəzakətli davranmağı və dövlət maraqlarını qorumağı tövsiyə edən rəhbərlərdən biridir. Onun rəhbərliyi altında Sabunçu Rayon Polis İdarəsində həyata keçirilən xidmət fəaliyyəti, rayon ərazisində ictimai asayişin qorunması və vətəndaş təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm nəticələrlə yadda qalır. Bu isə təbii ki, rəhbərin peşəkar idarəçilik bacarığından və işinə məsuliyyətlə yanaşmasından xəbər verir.

İnsanların etimadını qazanmaq hər kəsə nəsib olmur. Bu etimadı illərlə qoruyub saxlamaq isə daha böyük məsuliyyət tələb edir. Cavid Muradov məhz öz davranışı, insanlara münasibəti və xidmətdə nümayiş etdirdiyi prinsipiallıqla bu etimadı qazanan şəxslərdəndir. Onun qəbuluna gələn vətəndaşların diqqətlə dinlənilməsi, problemlərinə həssas yanaşılması və mümkün həll yollarının araşdırılması bir daha göstərir ki, o, vəzifəsinə yalnız inzibati məsuliyyət kimi yanaşmır. O, insanların güvəndiyi, sözün həqiqi mənasında xalqa yaxın olan polis rəhbərlərindən biridir.

Bu gün Sabunçu rayonunda Cavid Muradovun adı çəkiləndə bir çox insanın ağlına ilk olaraq dövlətinə sadiq, xalqa yaxın, qayğıkeş və məsuliyyətli polis rəhbəri gəlir. Çünki onun fəaliyyəti sadəcə xidməti göstəricilərlə deyil, insanlara verdiyi dəyərlə ölçülür. Xeyirxahlığı, şəhid ailələrinə və qazilərə diqqəti, aztəminatlı insanlara göstərdiyi qayğı və dövlətçilik mövqeyi onu fərqləndirən əsas xüsusiyyətlərdəndir. Belə rəhbərlərin fəaliyyəti həm cəmiyyət üçün nümunədir, həm də dövlət-vətəndaş münasibətlərində etimadın daha da möhkəmlənməsinə xidmət edir.


Tarix: Dünən, 23:36


Bölməyə aid digər xəbərlər