
Azərbaycanın sahibkarlıq mühitində fəaliyyəti ilə seçilən, insanlara münasibəti, sosial məsuliyyəti və dövlətinə bağlılığı ilə böyük rəğbət qazanan şəxslərdən biri də “Sərham” MMC-nin, Bakıxanov Çörək Zavodunun və Möcüzə Market şəbəkəsinin rəhbəri olan Rasim Nəbiyevdir. Onun adı təkcə uğurlu biznes fəaliyyəti ilə deyil, eyni zamanda insanlara göstərdiyi diqqət, mərhəmət və xeyirxahlıq nümunələri ilə də hörmətlə çəkilir. Uzun illərdir ki, fəaliyyət göstərdiyi sahələrdə minlərlə insanın etimadını qazanan Rasim Nəbiyev, qazandığı uğurları hər zaman xalqla bölüşməyi bacaran sahibkar kimi tanınır. Onun həyata baxışı yalnız biznes qurmaqdan ibarət deyil, insanlara fayda vermək, ehtiyacı olan ailələrin yanında dayanmaq və cəmiyyət üçün yararlı işlər görməkdən keçir.
Rasim Nəbiyevin fəaliyyətində ən çox diqqət çəkən məqamlardan biri də aztəminatlı ailələrə göstərdiyi davamlı dəstəkdir. Xüsusilə bayram günlərində, müqəddəs Ramazan və Qurban bayramlarında yüzlərlə ailənin sevincinə səbəb olan yardımlar onun xeyirxah xarakterinin ən gözəl nümunələrindəndir. O, daim çalışır ki, ehtiyacı olan insanlar özlərini tək hiss etməsinlər, süfrələri boş qalmasın, uşaqlar bayram sevincindən məhrum olmasınlar. Bir çox hallarda heç bir nümayiş olmadan edilən yardımlar, Rasim Nəbiyevin bu işləri yalnız insanlıq naminə gördüyünü göstərir. Onun üçün əsas məsələ insanların duasını almaq, onların çətin günündə yanında olmaqdır.
Şəhid ailələrinə və qazilərə göstərdiyi xüsusi diqqət isə Rasim Nəbiyevin vətən sevgisinin və dövlətinə bağlılığının açıq ifadəsidir. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən igidlərin ailələrinə daim hörmət və qayğı ilə yanaşan Rasim Nəbiyev, onların problemlərinə həssas münasibəti ilə seçilir. Müxtəlif vaxtlarda şəhid ailələrinə edilən yardımlar, qazilərin sosial vəziyyətinə göstərilən diqqət, onların övladlarının sevindirilməsi kimi addımlar cəmiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. O, hər zaman bildirib ki, Vətən uğrunda can verənlərin ailələri dövlət və xalq tərəfindən daim diqqətdə saxlanılmalıdır və bu məsələdə hər bir imkanlı insan öz məsuliyyətini dərk etməlidir.
Bakıxanov Çörək Zavodunun fəaliyyəti də Rasim Nəbiyevin insanlara olan münasibətini əks etdirən əsas nümunələrdən biridir. Çörək hər zaman müqəddəs nemət hesab olunub və bu məsuliyyəti daşımaq böyük vicdan tələb edir. Rasim Nəbiyev rəhbərlik etdiyi müəssisədə keyfiyyətə, təmizliyə və insanların etimadına xüsusi önəm verir. İllərdir minlərlə ailənin süfrəsinə gedən məhsulların arxasında duran zəhmət və məsuliyyət hissi onun iş prinsipinin əsasını təşkil edir. İnsanların gündəlik ehtiyacına çevrilən çörəyin keyfiyyətli şəkildə hazırlanması üçün göstərilən diqqət, onun işinə nə qədər həssas yanaşdığını açıq şəkildə göstərir.
Möcüzə Market şəbəkəsinin qısa müddətdə insanların etibar qazanan ünvanlardan birinə çevrilməsi də təsadüfi deyil. Müasir xidmət anlayışı, alıcılara göstərilən diqqət və sosial məsuliyyət prinsipləri Rasim Nəbiyevin rəhbərlik etdiyi bütün sahələrdə özünü göstərir. O, hər zaman insanların məmnunluğunu ön planda saxlayan sahibkar kimi tanınıb. Onun rəhbərliyi altında çalışan insanlar da daim qayğı ilə əhatə olunurlar. Çünki Rasim Nəbiyev üçün uğur yalnız maddi göstərici deyil, eyni zamanda kollektivin bir ailə kimi fəaliyyət göstərməsi, insanların razılığı və etimadıdır.
Rasim Nəbiyevin dövlətçilik mövqeyi və Azərbaycan dövlətinə sədaqəti də xüsusi qeyd olunmalıdır. O, hər zaman dövlətin yanında olan, ölkədə aparılan inkişaf siyasətini dəstəkləyən sahibkarlardan biri kimi tanınır. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial və iqtisadi inkişaf strategiyasına böyük inamla yanaşan Rasim Nəbiyev, ölkənin tərəqqisi naminə görülən işləri yüksək qiymətləndirir. Onun fəaliyyətində dövlətə bağlılıq, milli dəyərlərə hörmət və vətənpərvərlik əsas prinsiplərdən biri kimi hiss olunur. Məhz bu səbəbdəndir ki, insanlar ona yalnız sahibkar kimi deyil, həm də dövlətini sevən, milli maraqları hər zaman üstün tutan bir insan kimi böyük hörmət bəsləyirlər.
Əslində Rasim Nəbiyev haqqında danışarkən təkcə biznes uğurlarından bəhs etmək kifayət etmir. Çünki onu fərqləndirən əsas xüsusiyyət insanlara münasibətidir. Sadə insanlarla ünsiyyətdə göstərdiyi səmimiyyət, problemlərə laqeyd qalmaması, kiminsə sıxıntısını eşidəndə yardım etməyə çalışması onu cəmiyyət arasında xüsusi nüfuz sahibi edib. İnsanların qəlbinə yol tapmaq hər kəsə nəsib olmur. Bu isə yalnız mərhəmət, vicdan və böyük ürək sahibi olan insanlara xas xüsusiyyətdir.
Bu gün Rasim Nəbiyev həm sahibkarlıq fəaliyyəti, həm də xeyirxah əməlləri ilə cəmiyyətdə hörmət qazanan nümunəvi şəxslərdən biri kimi tanınır. Onun gördüyü işlər bir daha göstərir ki, insan qazandığı uğuru xalqla paylaşanda, ehtiyac sahibinin yanında dayananda və dövlətinə sədaqətlə xidmət edəndə əsl mənada hörmət qazanır. Xeyirxahlıqla, zəhmətlə və vətən sevgisi ilə qurulan həyat yolu isə hər zaman insanların yaddaşında yaşayır.
Bölməyə aid digər xəbərlər






