
“Fələstinin radikal HƏMAS hərəkatına qarşı müharibənin üçüncü mərhələsi başlayıb”.
“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu Nazirlər Kabinetinin iclasında danışıb.
“Birinci – blokada mərhələsi başa çatıb. HƏMAS qüvvələrinə havadan zərbələrin endirilməsindən ibarət olan ikinci mərhələ hələ də davam edir. Üçüncü mərhələ isə İsrailin Müdafiə ordusunun Qəzza zolağına quru hücumunun genişləndirilməsidir. Ordu bunu ölçülmüş, çox güclü addımlarla edir”, - deyə Netanyahu qeyd edib.
Qeyd edək ki, İsrail Müdafiə ordusunun rəsmi nümayəndəsi Daniel Haqari də öz növbəsində İsrail ordusunun Qəzza zolağına əlavə birliklər daxil etdiyini və anklavda quru əməliyyatının miqyasının genişləndirilməsinin davam etdiyini açıqlayıb.
Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.
Bölməyə aid digər xəbərlər











Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.