ABŞ və Türkiyə Qəzza ilə bağlı sülh danışıqlarına qoşulacaqlar

Qətərin Baş naziri və türkiyəli nümayəndələr oktyabrın 8-i Misirdə Qəzzada müharibənin dayandırılmasına yönəlmiş danışıqların üçüncü günündə HƏMAS və İsrail nümayəndələrinə qoşulacaqlar.

Bu barədə "Report" Səudiyyə Ərəbistanının" Əl-Ərəbiyyə" telekanalına istinadən xəbər verir.

Danışıqlarda Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani, Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) başçısı İbrahim Kalın, Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff və ABŞ Prezidentinin kürəkəni, iş adamı Cared Kuşner iştirak edəcəklər.

Misirin Şarm əl-Şeyx şəhərində İsrail və HƏMAS arasında Donald Trampın ötən ay təklif etdiyi 20 maddəlik plan əsasında birbaşa olmayan danışıqlar keçirilir.


Tarix: 8-10-2025, 16:00


Bölməyə aid digər xəbərlər


«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930