Növbədənkənar parlament seçkilərinin baş tutmasına bir neçə gün qalıb.
Qeyd edək ki, seçkilər 1 sentyabr tarixində keçiriləcək. Hazırda qeydə alınmış namizədlərin seçkiqabağı təbliğat-təşviqat kampaniyası davam edir. Kifayət qədər yüksək səviyyədə gedən prosesdə seçicilərin xüsusi maraq göstərməsi seçki marafonunun aktivliyini göstərir.
Sumqayıtda da seçki prosesi yüksək səviyyədə davam edir. 45 saylı Sumqayıt dördüncü seçki dairəsindən deputatlığa namizəd Səbinə Salmanovanın seçkiqabağı təşviqat kampaniyası çox uğurlu şəkildə gedir.
Bu gün seçicilərlə növbəti görüşünü keçirən Səbinə Salmanova ən uğurlu kampaniya aparan namizədlər arasındadır. Belə görüşlərdən biri də bu gün keçirilib. İzdihamlı keçən görüşdə namizədin vəkilləri Səbinə Salmanova haqqında seçicilərə geniş məlumat verib. Seçicilər namizədin bu günə qədərki fəaliyyəti və gördüyü işlərlə bağlı məlumatlandırılıb.
Görüşdə çıxış edən seçicilər Səbinə Salmanovanın Sumqayıt üçün tanış sima və uğurlu namizəd olduğunu vurğulayaraq, onun seçki platformasında əks olunan fikirləri dəstəklədiklərini bildiriblər. Eyni zamanda bildiriblər ki, Səbinə Salmanovanın seçki platformasında nəzərdə tutduğu təklif və fikirlərin həll üçün bütün qüvvəsi ilə çalışacağından əmindirlər.
Səbinə Salmanova çıxışında Sumqayıtı yaxşı tanıdığını, bu şəhərdə görülən işləri, şəhərin problemlərini bildiyini və həlli ilə bağlı müxtəlif təkliflər paketinin olduğunu bir daha seçicilərin diqqətinə çatdırıb.
Görüş qarşılıqlı müzakirə şəklində davam edib. Görüşün sonunda deputatlığa namizəd Səbinə Salmanova səmimi münasibət üçün seçicilərə təşəkkür edib.
Bölməyə aid digər xəbərlər











Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.