Azərbaycanla Qırğızıstanı tarixi köklər birləşdirir

Azərbaycanla Qırğızıstanı tarixi köklər birləşdirir


Azərbaycanın xarici siyasəti açıq, balanslaşdırılmış siyasətdir. Həm Avropa, həm qonşu dövlətlərlə, həm də Mərkəzi Asiya ölkələri ilə əlaqələri yeni prioritetlər üzrə inkişaf edir. Türk dünyasının birliyi bütün dövrlər üçün aktual olub, bu gün də öz önəmini təsdiqləyir. Yeni dünya nizamının formalaşdığı hazırkı mərhələdə bu birliyin, həmrəyliyin vacibliyi türk dövlətləri tərəfindən vurğulanmaqla yanaşı, real addımlarda özünü nümayiş etdirir. Qarşılıqlı səfərlər, imzalanan sənədlər həm ölkələr arasında əlaqələrin inkişafına, həm də Türk Dövlətləri Təşkilatı daxilində birliyə böyük stimul verir.
ırğızıstanın Çolpon-Ata şəhərində keçirilən Azərbaycan–Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası münasibətlərin inkişafında növbəti mühüm mərhələ kimi qiymətləndirilir. Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarovun iştirakı ilə baş tutan iclasda ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti geniş təhlil olunub, gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirilib. Görüşlər çərçivəsində bir sıra sənədlərin imzalanması və prezidentlərin mətbuata birgə bəyanatlarla çıxış etməsi tərəflərin əməkdaşlığı daha da dərinləşdirmək niyyətini bir daha nümayiş etdirib.
Hazırkı geosiyasi şəraitdə Azərbaycan və Qırğızıstanın əməkdaşlığı yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmır. Cənubi Qafqaz və Mərkəzi Asiyanı birləşdirən Orta Dəhliz layihəsinin əhəmiyyətinin artması hər iki ölkənin nəqliyyat-logistika sahəsində tərəfdaşlığını daha da aktuallaşdırır. Bu marşrut Avropa ilə Asiya arasında etibarlı və sürətli yükdaşımaların təmin edilməsində mühüm rol oynayır. Qırğızıstanın bu proseslərdə fəal iştirakı regionda iqtisadi inteqrasiyanın genişlənməsinə xidmət edir.
Çolpon-Atada keçirilən görüşlərin diqqət çəkən məqamlarından biri də Azərbaycan və Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının qeyri-rəsmi görüşü oldu. Bu format regional əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərməklə yanaşı, nəqliyyat, enerji, rəqəmsal inkişaf, yaşıl iqtisadiyyat və investisiya layihələrinin əlaqələndirilməsi baxımından mühüm platforma kimi dəyərləndirilir. İkitərəfli münasibətlərdə humanitar əməkdaşlıq da xüsusi yer tutur. Təhsil, mədəniyyət, gənclər və idman sahələrində həyata keçirilən birgə layihələr xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edir. İşğaldan azad olunmuş ərazilərin bərpasında Qırğızıstanın göstərdiyi dəstək, xüsusilə Ağdam rayonunda inşa edilən məktəb layihəsi iki ölkə arasındakı dostluq münasibətlərinin real təzahürü kimi qiymətləndirilir. Humanitar əlaqələrin genişlənməsi isə siyasi dialoqun sosial əsaslarını daha da gücləndirir.
Dilbər Rəhmanova-4 saylı Uşaq Musiqi məktəbinin direktoru


Tarix: Dünən, 23:53


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31