Dövlət Suverenliyi Günü - Azərbaycanın mövcudluğunun və institusional davamlılığının əsasıdır

Dövlət Suverenliyi Günü - Azərbaycanın mövcudluğunun və institusional davamlılığının əsasıdır

Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi ölkənin siyasi, hüquqi və sosial inkişafının əsas şərtlərindən biridir. Dövlətin mövcudluğu onun suverenliyinin, ərazi bütövlüyünün və konstitusiya əsaslarının qorunması ilə sıx bağlıdır. Güclü dövlət institutları cəmiyyətin sabitliyinin və idarəetmənin davamlılığının təmin edilməsində mühüm rol oynayır.
Tarixən qədim olan Azərbacan xalqının gücü, qüdrəti yüz illiklər boyu mənfur qonşuları tərəfindən təhdid kimi qəbul olunmuşdur. Daima pis niyyətləri ilə millətimizə, torpaqlarımıza göz dikmişdilər. Bunun ən bariz nümunəsini isə mənfur qonşumuz Erməniztanın “qondarma Dağlıq Qarabağ” siyasətində açıq aşkar görürdük. Ermənistan Respublikası 1990-cı illərin əvvəllərindən başlayaraq Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsini kobud şəkildə pozaraq Azərbaycan Respublikasına qarşı işğalçılıq siyasəti həyata keçirmiş və hərbi gücdən istifadə edərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini işğal etmişdir. İşğalçılıq siyasətində xalqımıza qarşı genosid siyasəti apararaq Xocalı faciəsini törətmişdir.
Lakin Ulu öndər Heydər Əliyevin apardığı güclü siyasətinin nəticəsini vurğulamalıyıq. Azərbaycan dövləti və xalqı qarşısında Ümummilli Liderimiz Heydər Əliyevin ən böyük xidmətlərindən biri kimi azərbaycançılıq ideologiyasını qeyd etməliyik. Azərbaycan xalqının təkidi ilə ikinci dəfə Azərbaycanın siyasi rəhbərliyinə gələndə respublikada hökm sürən ağır vəziyyətin aradan qaldırılmasının təməlini qoydu.
Nəticə olaraqdan bu gün “Ata vəsiyyətini” yerinə layiqincə yetirən Cənab prezident İlham Əliyevin siyasətini göstərə bilərik. 2020-ci il sentyabr ayının 27-də başlayan 44 günlük Vətən mübaharibəsi ilə Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın edərək tarixi zəfər əldə etmiş və ərazi bütövlüyünü bərpasına nail olmuşdur.
2023-cu il sentyabr ayının 19-da Azərbbaycan Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması və bununla da həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədi ilə antiterror əməliyyatına başlanılmışdır. Azərbaycanın güclü ordusu və ölkə başçısı Cənab Prezident İlham Əliyevin yeritdiyi siyasəti ilə ordumuz böyük zəfər əldə etdi. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyatlar nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər nəticəsində artıq Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu ərazilərdə əzəmətlə dalğalanmaqdadır.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət idarəçiliyinin ardıcıl şəkildə inkişaf etdirilməsi institusional sabitliyin möhkəmlənməsinə xidmət edir. Hüquqi dövlət prinsiplərinin və qanunun aliliyinin təmin olunması dövlət institutlarına ictimai etimadın formalaşması baxımından böyük əhəmiyyət daşıyır. Dövlətin davamlılığı həm də milli maraqların qorunması və strateji məqsədlərin ardıcıl həyata keçirilməsi ilə şərtlənir.
Müstəqil dövləti yaradaraq inkişaf etdirmək hər bir xalqın ən böyük nəaliyyətidir. Bu gün Azərbaycan xalqı qəhrəman əsgərləri və zabitləri, şəhidlərinin qanı hesabına əldə edilmiş ərazilərdə öz suverenliyinə-milli sərvətinə sahibdir.
Zabrat qəsəbəsi, 75 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Qurbanova Kəmalə

Tarix: Dünən, 13:27


Bölməyə aid digər xəbərlər


«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930