23:51 / 22-09-2026
XADİMƏ TƏLƏB OLUNUR – MAAŞ 500 AZN
23:13 / 20-09-2026
Təbiətə Sahib Çıxmaq Gələcəyin Haqqını Qorumaqdır
22:37 / 04-09-2026
“Ordubad Supermarket” – Sumqayıtda Alış-Veriş Mədəniyyətinə Öz Yanaşmasını Gətirən Ünvan
22:16 / 03-09-2026
Göyçay Pendir Sexi – Ənənəvi Pendir Dadını Süfrələrə Daşıyan Yerli İstehsal
22:12 / 03-09-2026
Ramin Ağazadə: Azərbaycanın Yeni Siyasi Xətti: Cənubi Qafqazdan Mərkəzi Asiyaya Uzanan Əməkdaşlıq Məkanı
22:09 / 03-09-2026
11 Saylı Cəzaçəkmə Müəssisəsində Nizam-İntizam və Peşəkar İdarəçilik – Şakir Qəniyev
22:06 / 03-09-2026
Green Villa Baku – Paytaxtda Rahat Yaşayışın Fərqli Ünvanı
00:58 / 03-09-2026
Rüfət Sucayev: Azərbaycan Avrasiyada Yeni Əməkdaşlıq Xəritəsinin Formalaşmasında Mühüm Söz Sahibinə Çevrilir
00:55 / 03-09-2026
Münasib Qurbanov: Azərbaycanın Avrasiyada Güclənən Mövqeyi - Bakı Yeni Əməkdaşlıq Coğrafiyasının Mərkəzində
00:52 / 03-09-2026
Şahnaz xanım: Azərbaycanın Mərkəzi Asiya ilə Strateji Tərəfdaşlığı Yeni Mərhələyə Qədəm Qoyur
00:40 / 03-09-2026
Cəmilə Talıbova – Uşaqların Sağlam Gələcəyi Naminə Peşəkarlıq və Şəfqətlə Görülən Şərəfli İş
00:37 / 03-09-2026
Qüdrəddin Verdixanov – Binəqədi Bələdiyyəsində Vətəndaşa Diqqəti və Sosial Həssaslığı ilə Seçilən İdarəçi
00:33 / 03-09-2026
Dr. Həsən Əsədov – Cərrah Dəqiqliyini İnsan Taleyinə Qayğı ilə Birləşdirən Tanınmış Həkim
22:23 / 27-08-2026
Vaqif Müslümov – Xətai Rayonunda Asayişin və Vətəndaş Güvəninin Keşiyində Dayanan Polis Polkovniki
22:17 / 27-08-2026
Şamaxıda Vətəndaşla Birbaşa Ünsiyyət və Yerində Həll Prinsipi – Tahir Məmmədovun İdarəçilik Yanaşması
22:15 / 27-08-2026
Sərxan İsmayılov: Mehriban Əliyevanın Ömür Yolu Dövlətə Sədaqətin, Xalqa Xidmətin və Nəcib Əməllərin Parlaq Təcəssümüdür
22:14 / 27-08-2026
Kamaləddin Babayev – Peşəkar İdarəçilik, İnsanlara Dəyər və Sosial Həssaslıq Nümunəsi
22:12 / 27-08-2026
Murad müəllim: Mehriban Əliyeva – Dövlətçilik Dəyərlərinə Sədaqətin, Xalqa Qayğının və Nəcib Missiyanın Parlaq Təcəssümü
14:06 / 23-07-2026
Nazim müəllim: İlham Əliyevin rəhbərliyi ilə güclənən Azərbaycan: Qələbədən quruculuğa uzanan inkişaf yolu
23:47 / 21-07-2026
Vüqar müəllim: Azərbaycan mətbuatı şərəfli və mütərəqqi inkişaf yolu keçib
23:43 / 21-07-2026
Rafiq Quluyev: Azərbaycan Mətbuatı - Dövlət Dəstəyi, Peşəkarlıq və Rəqəmsal Gələcək
23:30 / 21-07-2026
Yusif Hüseynov: Milli mətbuat - dövlətçilik məfkurəsinin, milli həmrəyliyin və həqiqətin tribunası
23:26 / 21-07-2026
Cəsarət Əhmədov: Milli maraqların müdafiəsində mətbuatın mühüm rolu var
23:15 / 21-07-2026
Faiq Seyidov: Azərbaycan mətbuatı zəngin və şərəfli inkişaf yoluna malikdir
23:06 / 21-07-2026
Elşən Abusov: Azərbaycan milli mətbuatı - şərəfli inkişaf salnaməsi
21:51 / 15-07-2026
İnfrastrukturun İnkişafına Dəyərli Töhfələr Verən Rəhbər – Aqibət Məmmədovun Fəaliyyəti
23:18 / 13-07-2026
Sultan Əmiraslanov – Qaradağ Rayonunda Dayanıqlı Su Təchizatının və Fədakar Xidmətin Uğurlu Rəhbəri
20 Sentyabr – Zəfərin, Qürurun və Əbədi Qayıdışın Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərə Günü
Bölməyə aid digər xəbərlər

Tarixin yaddaşına qızıl hərflərlə həkk olunan 20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü, sadəcə bir təqvim bayramı deyil, xalqımızın əyilməz iradəsinin, milli qürurunun və yenilməzliyinin ən ali zirvəsidir. Bu gün bizim şanlı qayıdışımızın, illərlə sızlayan yaralarımızın məlhəmi və ədalətin tam bərqərar olduğu gündür. Hər qarışında qəhrəmanların ayaq izi olan bu torpaqlar, Ulu öndər Heydər Əliyev tərəfindən bünövrəsi qoyulan qüdrətli dövlət və yenilməz ordu quruculuğunun ən möhtəşəm bəhrəsidir. Məhz bu dahi strategiyanın davamçısı – Müzəffər Ali Baş Komandan, cənab prezident İlham Əliyevin polad iradəsi, uzaqgörənliyi və sərkərdəlik zəkası sayəsində üçrəngli bayrağımız bu gün Vətən göylərində əbədi və məğrurcasına dalğalanır.
Qarabağımız bu gün özünün intibah dövrünü yaşayır. Ağdərə rayonunun yenidən yaradılması tarixi yaddaşımıza vurulan silinməz naxış, bərpa edilən ədalətin müjdəsidir. Xankəndidə, Kərkicahanda illər sonra yenidən evlərin işıqları yanır, ocaqlar qalanır. Təkcə 2026-cı ilin avqust ayının 17-nə olan məlumata görə, Xankəndi şəhərində 76 ailə (332 nəfər), Kərkicahan qəsəbəsində isə 43 ailə (174 nəfər) olmaqla, ümumilikdə 119 ailə (506 nəfər) öz doğma yurd-yuvalarına qayıdaraq bu torpaqlara yeni nəfəs gətirib. Bu rəqəmlər sadəcə statistika deyil, yenidən doğulan həyatın, bitməyən vüsalın və qətiyyətin dastanıdır.
Müzəffər Ali Baş Komandan, cənab prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə hər bir səfəri bir tarix, hər bir addımı gələcəyə qoyulan möhürdür. 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı və Ağdərə şəhərlərində dövlət bayrağımızın ucaldılması anı hər bir azərbaycanlının qəlbində fəxarət hissi ilə çırpınan bir qürur anıdır. Həmin ilin 8 noyabrında Xankəndidə Zəfərimizin üçüncü ildönümünə həsr olunmuş hərbi paradın əzəməti düşmənə gözdağı, dosta güvən oldu. 2024-cü il fevralın 7-də isə cənab prezident İlham Əliyevin və ailə üzvlərinin məhz Xankəndidə səs verməsi suverenliyimizin tam bərpasının və sarsılmazlığının bütün dünyaya elanı idi.
Qarabağın döyünən qəlbi olan Xocavənd və Xocalı da bu gün böyük bərpa prosesinin canlı şahididir. Xocavənddə Böyük Tağlardan Tuğa, qədim Azıx mağarasından Alban məbədlərinə qədər hər bir abidə, hər bir kənd yenidən dirçəlir. Xocalıda isə
quruculuq işləri ilə yanaşı, 2024-cü ilin 26 fevralında Soyqırımı Memorialının təməlinin qoyulması və qurbanların xatirəsinin sükutla yad edilməsi bizə xatırladır ki, xalqımız heç nəyi unutmayıb, lakin tarixi yaddaşı ilə gələcəyə daha güclü addımlayır.
Biz təhsil işçiləri və müəllimlər olaraq dərk edirik ki, ən müqəddəs vəzifəmiz bu şanlı tarixi gələcək nəsillərin yaddaşına əbədi həkk etməkdir. Gənc nəsil bilməlidir ki, basılmaz Vətən, məğrur xalq və Müzəffər Liderin vəhdəti tarixin axarını dəyişməyə qadirdir! Zəfərin mübarək, Azərbaycan!
Maştağa qəsəbəsi 187 nömrəli tam orta ümumtəhsil məktəbin rus dili və ədəbiyyat müəllimi,
Məmmədova Fatimə
Tarix: 17-09-2026, 15:49
Bölməyə aid digər xəbərlər
9-11-2024, 11:36
Babək müəllim: Tarixi Zəfərin simvolları: Müzəffər Prezident, yenilməz ordu və dəmir yumruğa çevrilmiş xalq
10-05-2024, 10:12
Rəşad İsayev: Ulu Öndərin qətiyyəti, cəsarəti, siyasi nüfuzu müstəqilliyimizin daimiliyini təmin etdi










Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.