Xəzər dənizinin Azərbaycan sektorunda biz 157 giqavatlıq enerji potensialına malikik

Xəzər dənizinin Azərbaycan sektorunda biz 157 giqavatlıq enerji potensialına malikik

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurla ev sahibliyi edən Azərbaycan bu gün nəinki regionda, qlobal miqyasda "yaşıl enerji" keçidinin əsas aparıcı qüvvələrindən birinə çevrilmişdir.
Bu böyük nailiyyətlərin və strateji tərəqqinin təməli Ümummillilider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu Öndərin uzaqgörənliyi və polad iradəsi sayəsində 1994-cü ildə imzalanan "Əsrin Müqaviləsi" Azərbaycanın karbohidrogen resurslarını dünya bazarına çıxarmaqla yanaşı, ölkəmizin maliyyə müstəqilliyini və beynəlxalq nüfuzunu təmin etdi. Heydər Əliyevin neft strategiyası Xəzər dənizini dünya enerjisinin mühüm mərkəzlərindən birinə çevirdi və bugünkü bərpaolunan enerji dönüşü üçün möhkəm iqtisadi zəmin yaratdı.
Ulu Öndərin bu mütərəqqi kursunu müasir dövrün tələblərinə və qlobal çağırışlara uyğun olaraq uğurla davam etdirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Azərbaycanı yeni enerji erasında tamamilə fərqli bir mərhələyə çıxarmışdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji siyasət nəticəsində ölkəmiz karbohidrogen resurslarının ixracatçısı kimi qazandığı uğurları indi də "yaşıl enerji" sahəsində təkrar edir.
Azərbaycanın bərpaolunan enerji xəritəsində ən böyük pay Xəzər dənizinin üzərinə düşür. Aparılan beynəlxalq qiymətləndirmələrə və tədqiqatlara əsasən, Xəzər dənizinin Azərbaycan sektorunda küf-külək enerjisinin potensialı tam 157 giqavat (QV) təşkil edir. Bu böyük rəqəm — 135 QV dənizdə dərinliyi az olan zonalardakı sabit külək generatorlarının, 22 QV isə üzən külək stansiyalarının payına düşür. Bu göstərici ölkəmizin daxili tələbatını dəfələrlə üstələməklə yanaşı, Azərbaycanı Avropa və Asiya üçün strateji "yaşıl enerji" təchizatçısına çevirir.
Bu nəhəng potensialın reallaşdırılması istiqamətində artıq əməli addımlar atılmaqdadır. Beynəlxalq tərəfdaşlarla imzalanan sazişlər, Xəzərdə inşa ediləcək külək parkları və Xəzər-Qara dəniz-Avropa yaşıl enerji dəhlizi layihələri ölkəmizin bu sahədəki iddialı hədəflərini əks etdirir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan neft-qaz ölkəsi olmaqla bərabər, yaxın gələcəkdə bərpaolunan enerji üzrə də qlobal mərkəzə çevriləcəkdir. Xəzərin 157 giqavatlıq enerji potensialı ölkəmizin dayanıqlı gələcəyinin, iqtisadi şaxələndirilməsinin və dünyada artan strateji çəkisinin parlaq rəhnidir.
Elxan Misirxanov adına 71№li tam orta məktəbin ibtidai sinif müəllimi Sitarə Vəliyeva.

Tarix: Bu gün, 09:52


Bölməyə aid digər xəbərlər


«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930