
Forumun konkret nəticələri Azərbaycanın investisiya gündəliyində növbəti mərhələnin miqyasını göstərdi. Tədbir çərçivəsində beynəlxalq investorlar və tərəfdaş şirkətlərlə ümumi dəyəri 10,8 milyard ABŞ dolları olan 23 sənəd imzalandı. Bakı Enerji Həftəsi çərçivəsində elan edilmiş layihələr də nəzərə alındıqda, planlaşdırılan birgə layihələrin ümumi dəyəri 16,7 milyard dollara çatır. Bu rəqəmlər forumun konkret biznes əlaqələrinin və layihələrin formalaşdırıldığı məkan olduğunu göstərir. Eyni zamanda imzalanan sənədlərin sahə müxtəlifliyi Azərbaycanın investisiya siyasətində şaxələndirmənin daha da gücləndiyini nümayiş etdirir.
Dövlət başçısının diqqət çəkdiyi digər mühüm istiqamət nəqliyyat, logistika və regional bağlantılardır. Azərbaycanın coğrafi mövqeyi, yaradılmış nəqliyyat infrastrukturu və qonşu dövlətlərlə əməkdaşlığı ölkənin beynəlxalq tranzit imkanlarını genişləndirən amillər sırasında göstərilir.
Prezident İlham Əliyev çıxışında vurğulayıb ki, Azərbaycanın böyük tranzit ölkəsinə çevrilməsi üçün qonşu dövlətlərlə əməkdaşlıq mühüm əhəmiyyət daşıyır. Bu yanaşma Azərbaycanın yalnız milli iqtisadiyyatının deyil, daha geniş regionun nəqliyyat və təchizat zəncirlərinin inkişafında rolunu artırmağa imkan verir.
Prezident İlham Əliyev həmçinin “Abşeron” yatağının işlənilməsinin növbəti mərhələsi nəticəsində qaz hasilatının artırılmasının gözlənildiyini bildirib. Bununla yanaşı, qeyri-ənənəvi neft və qaz yataqlarının işlənilməsi istiqamətində beynəlxalq şirkətlərlə əməkdaşlıq imkanları da Forumun əsas mövzularından biri olub.
Forumun mühüm mesajlarından biri Azərbaycanın beynəlxalq biznes və investisiya əməkdaşlığına açıq olmasıdır. Prezident İlham Əliyev xarici investorların ölkənin inkişafını yalnız kənardan müşahidə etməməsinin, Azərbaycanı yerində görməsinin və ölkədə yaradılmış imkanlarla birbaşa tanış olmasının əhəmiyyətini qeyd edib.
Bu baxımdan Bakıda keçirilən beynəlxalq forum Azərbaycanın iqtisadi potensialının təqdim edilməsi ilə yanaşı, investorlarla birbaşa dialoqun qurulmasına imkan yaradan mühüm platforma kimi çıxış edir.
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu bir daha göstərdi ki, Azərbaycan yalnız mövcud iqtisadi imkanlarını genişləndirməyə deyil, həm də qlobal iqtisadi proseslərdə yeni əməkdaşlıq formatları yaratmağa və uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirməyə çalışır. Bakıda keçirilən müzakirələr və imzalanan sənədlər Azərbaycanın qarşıdakı illərdə iqtisadi inkişaf, investisiya və regional bağlantı sahələrində qarşısına qoyduğu məqsədlərin miqyasını nümayiş etdirir.
Nailə Nəsirova-Zabrat bələdiyyəsinin sədri
Bölməyə aid digər xəbərlər










Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.