10:29 / 09-05-2025
Ədalət Əliyev: "Əsrlərə Sığmayan İrs: Heydər Əliyevin 102 İllik Mirası"
10:15 / 09-05-2025
Müşfiq Tarverdiyev: "Zəka, İradə, Vətən Sevgisi: Heydər Əliyevin Əbədiyyətə Yürüşü"
00:42 / 06-05-2025
Şakir müəllim – Sahibkarlıqda uğurun, insanlıqda mərhəmətin ünvanı
01:16 / 30-04-2025
Aqil Xəlilov - Vətəndaşlara Dəstək və Şəffaf İdarəetmə
01:14 / 30-04-2025
Müşfiq Məmmədovun rəhbərliyi altında idman sahəsindəki müsbət inkişaflar
01:12 / 30-04-2025
Səhhətin keşiyində duran rəhbər – Bayram Muradovun Beyləqanda uğurlu səhiyyə modeli
01:10 / 30-04-2025
Şəhər estetikasına xidmət edən idarəçilik modeli – Nizami Mayılovun rəhbərliyində Nəsimi rayonu
01:08 / 30-04-2025
Xidmətlərlə dolu uğurlu rəhbərlik nümunəsi – Namizəd İsmayılov
00:01 / 15-04-2025
Zaur müəllim – Biləcəri Yol İstismar İdarəsinin Gələcəyə Yönəlik İnkişafı və Rəhbərliyi
23:53 / 14-04-2025
Nazim Əliyev – Telekommunikasiya sahəsində inkişafın təməl daşı
23:43 / 14-04-2025
Məmməd Musayev – Özəl sektorun səsi, milli sahibkarlığın güclənməsinin əsas dayağı
23:34 / 14-04-2025
Xalqın içində olan rəhbər – Seymur Orucovun Ağstafada qurduğu vətəndaş mərkəzli idarəetmə modeli
23:26 / 14-04-2025
Nurəngiz Bəşirova – Səhiyyənin Güclü Qadın Liderlərindən biri
23:22 / 13-04-2025
Etibar Müəllim: Tikinti Sektoru ilə Tanınan Peşəkar İdarəçi
23:17 / 13-04-2025
Cəsarət Əhmədov: Qol Güləşi və Armrestlinq Sahəsində Dünyada Adından Söz Ettirən Lider
00:37 / 09-04-2025
Emin Süleymanov: Müstəqil Azərbaycanın Qurucusu və Xalqına Sədaqətli Lider
00:34 / 09-04-2025
İctimai Etimadın Ünvanı – Tamerlan Əkbərovun Kooperasiya Universitetində Uğurlu Missiyası
00:29 / 09-04-2025
Elm, Təcrübə və Liderliyin Nümunəsi – Azərbaycan Kooperasiya Universitetinin Rektorunun Müşaviri Qara Allahverdiyev
00:26 / 09-04-2025
Peşəkarlığın və İnsani Dəyərlərin Siması – UBMM-nin Baş Həkimi, Tibb Üzrə Fəlsəfə Doktoru Cəmilə Talıbova
00:25 / 09-04-2025
Enerji Təhlükəsizliyinin Qarantı – “Sumqayıt Elektrik Şəbəkəsi”nin Peşəkar Rəhbəri Aqil Xəlilov
00:23 / 09-04-2025
Respublika Klinik Xəstəxanasında Peşəkarlığın və Liderliyin Siması – Baş həkim Sahib Hüseynov
16:40 / 04-04-2025
AĞ XALAT, AĞ ÜMİD, AĞ İŞIQ...
10:38 / 29-03-2025
Hacı Tahir Abbasov: “Ramazan Bayramı mərhəmət və birliyin rəmzidir”
10:36 / 29-03-2025
Hacı Rauf Sərdarov: “Ramazan Bayramı insanlar arasında mənəvi birliyi möhkəmləndirir”
23:57 / 28-03-2025
“DTX Azərbaycanın güvənc yeridir”
01:45 / 26-03-2025
Məscid İmamı və Vətənpərvər Rəhbər – Bibiheybət Məscidinin Axundu Hacı Rahib Babayev
00:24 / 17-03-2025
Manaf Ağayev – Sənəti və Xeyirxahlığı ilə Tanınan Müğənni
00:22 / 17-03-2025
Zaur müəllim – Yol İnfrastrukturunun İnkişafına Töhfə Verən Peşəkar Rəhbər
00:17 / 17-03-2025
Mətanət Məmmədova – Gələcəyin Nəsillərini Yetişdirən Peşəkar Təhsil Rəhbəri
00:15 / 17-03-2025
Hüseyn Əfəndiyev – Yasamal Rayonunun İnkişafına Töhfə Verən Peşəkar Rəhbər

Xocalı Soyqırımı
Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Ümummilli lider Heydər Əliyev .
Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Xocalı faciəsi Xatın, Lidisa, Oradur soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı bir hadisədir. Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalıb. Azərbaycanlılar tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən törədilmiş kütləvi qırğınlarla müşayiət olunub.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərini zəbt edərək, Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirib.
Hücumdan əvvəl, fevralın 25-i axşamdan şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başladı. Nəticədə şəhərdə yanğınlar baş verdi və fevralın 26-sı səhər saat 5 radələrində şəhər tam alova büründü. Belə bir vəziyyətdə erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur oldu. Ancaq bu, baş tutmadı. Şəhəri yerlə-yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbçiləri dinc əhaliyə divan tutdular.
Məqsəd bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silmək idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Erməni silahlı dəstələrinin Xocalıya hücumunu şəhərin coğrafi mövqeyi şərtləndirirdi. 7000 əhalisi olan Xocalı Xankəndidən 10 kilometr cənub-şərqdə, Qarabağ dağının silsiləsində və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üzərində yerləşir. Qarabağdakı yeganə aeroport da Xocalıdadır. Xocalı əhalinin tarixən məskunlaşdığı yerdir və qədim tarixi abidələr indiyə qədər qalmaqdadır.
Əhali əsasən üzümçülük, heyvandarlıq, arıçılıq və əkinçiliklə məşğul olmuşdur. Şəhərdə toxuculuq fabriki, 2 orta məktəb və 2 natamam orta məktəb var idi. Son illərdə baş vermiş hadisələrlə əlaqədar olaraq Fərqanədən (Özbəkistan) qaçqın düşmüş 54 məhsəti türkü ailəsi, həmçinin Ermənistandan və Xankəndidən qovulmuş azərbaycanlıların bəziləri bu şəhərdə məskunlaşmışdılar. Sonralar ermənilər etiraf edirdilər ki, Ermənistan silahlı dəstələrinin ilk əsas vəzifəsi Xocalı platsdarmının məhv edilməsi, bu məntəqədən keçən Əsgəran-Xankəndi yolunun boşaldılması, azərbaycanlıların nəzarətində olan aeroportun ələ keçirilməsi idi.
Xocalı soyqırımı zamanı şəhərin mülki əhaliyə qarşı cinayət işlənib, daha dəqiq 5379 nəfər əhalisi deportasiya olunub, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 8 ailə tam məhv edilib, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərdən hər ikisini itirib, 613 nəfər işgəncə nəticəsində öldürülüblər , o cümlədən 63 uşaq və 106 qadın işgəncə verilməklə vəhşicəsinə öldürülüb. Ermənistan silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar Azərbaycan dövlətinə və vətəndaşlarına 170 milyon ABŞ dollarından artıq ziyan vurulub.
Ermənistan tərəfindən Azərbaycan Respublikasına qarşı başlanan müharibənin səbəbləri və nəticələrinin ümumi qiymətləndirilməsi və Xocalıdakı faciəvi hadisələrin bütün mövcud faktları qəti şəkildə sübut edir ki, Azərbaycanın bu şəhərində törədilmiş cinayətlər sıradan və təsadüfi hərəkət deyil, Ermənistanın sistemli zorakılıq siyasətinin tərkib hissəsi olub. Xocalıdakı mülki insanların məqsədyönlü qırğını, sadəcə, azərbaycanlı olduqları üçün onların kütləvi məhvinə yönəlmişdi.
Azərbaycan Respublikasına qarşı davam edən təcavüz fonunda Ermənistan tərəfindən törədilmiş müharibə, insanlıq əleyhinə cinayətlər və Xocalı soyqırımı insan hüquqları və beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu il Cenevrə Konvensiyaları, Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt, İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiya, Uşaq hüquqları haqqında Konvensiya və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın ciddi şəkildə pozulmasıdır.
XX əsr dünya tarixinin ən qəddar soyqırımı aktı olan Xocalı faciəsi haqqında tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində bünövrəsini ümummilli lider Heydər Əliyevin qoyduğu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
“Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası da bu siyasi kursun həyata keçirilməsində, xüsusilə Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında uzaqgörənliklə düşünülmüş uğurlu bir strategiyadır.
“Xocalıya ədalət!” bu gün bəşəriyyəti terror nəticəsində zülm və işgəncələrdən əziyyət çəkən milyonlarla insanın taleyi uğrunda mübarizəyə çağıran mənəvi bir cəbhədir. “Xocalıya ədalət!” çağırışı beynəlxalq terrora qarşı mübarizədə humanizm dəyərləri üzərində köklənmiş güclü və yeni strateji modeldir.
“Xocalıya ədalət!” beynəlxalq məlumat kampaniyası Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-də - Şuşanın işğalı günü irəli sürülüb. Faciənin mənəvi və siyasi-hüquqi tanınmasına yönəlmiş bu kampaniya dünyanın bir çox ölkələrində uğurla həyata keçirilir. Bu kampaniyanın nəticəsi olaraq İslam Əməkdaşlıq Təşkilatı ermənilərin Xocalıda törətdiyi mənfur əməlləri “insanlığa qarşı kütləvi cinayət” kimi tanıyıb və üzv dövlətləri bu faciəyə lazımi siyasi-hüquqi qiymət verməyə çağırıb.
Artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində əksini tapır. Dünyanın 13 ölkəsi parlament səviyyəsində, ABŞ-ın 22 ştatı parlament səviyyəsində, İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını rəsmən tanıyıb. Avropa İnsan Haqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını "müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər" kimi müəyyən edib.
Bu gün “Xocalıya ədalət!” dünyanı gəzir, beynəlxalq kürsülərdən insanları haqsızlığa, zülmə və zülmkarlığa, terrorçuluğa qarşı mübarizəyə çağırır. Məqsəd Xocalı faciəsinin əsl mahiyyətini, cinayətkarları və onların havadarlarını dünyaya bəyan etmək, ikili standart mövqeyində dayanmış ayrı-ayrı dövlətləri, bəzi beynəlxalq təşkilatları haqqın səsinə səs verməyə çağırmaqdır. Həmçinin beynəlxalq qurumların bu faciə ilə əlaqədar və eləcə də insan hüquqları və azadlıqları haqqında qəbul edilmiş qərarlarına, müraciətlərinə hörmətlə yanaşmağa çağırmaq, həm beynəlxalq hüquq normaları çərçivəsində, həm də əxlaqlı, saf siyasi yanaşma yolu ilə Xocalı faciəsinə hüquqi və siyasi qiymət vermək istəyidir.
Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirirlər. Azərbaycan xalqı 1948-ci il 9 dekabr “Soyqırımı cinayətinin xəbərdarlıq edilməsi və cəzalandırılması” Konvensiyasını rəhbər tutaraq, Ermənistan Respublikasına qarşı BMT-nin Beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir. Dünya bilməlidir ki, bu cinayət, təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün sivilizasiyalı dünyaya, bəşəriyyətə qarşı yönəldilib.
Bu gün Azərbaycanın Xocalı adlı bir şəhərindən əsər-əlamət yoxdur. Sağ qalan xocalılılar Azərbaycanın 48 şəhər və rayonunda 500-dən çox kənd və qəsəbəsində sanatoriya, düşərgə, çadır şəhərciyi və xüsusi evlərdə müvəqqəti məskunlaşıblar.
Doğma yurdlarından didərgin düşmüş Xocalı sakinləri işğal dövründə , o cümlədən Sumqayıtda məskunlaşmış 118 ailə dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunublar. Müzəffər Azərbaycan ordusu onun Baş Komandanı Cənab İlham Əliyevin uzaqgörən müdrik siyasəti nəticəsində 15 oktyabr 2023 ildə azad edilib və nəhayət Xocalı şəhərində dövlətimizin şanlı üçrəngli bayrağımız ucaldılıb və şəhidlərimiz qanı yerdə qalmayıb.
Heç bir cinayət, xüsusilə də insanlığa qarşı törədilmiş cinayət cəzasız qalmamalıdır və qalmayacaq. Xocalı bizimdir, Qarabağ Azərbaycandır !
Günel Əlizadə
Nəsimi rayon Təhsil işçisi
Bölməyə aid digər xəbərlər

Tarix: 24-02-2024, 10:52
Bölməyə aid digər xəbərlər
24-02-2024, 10:49
26 Fevral - Xocalı soyqırımı əsrin faciəsi
8-12-2023, 14:25
Atilla müəllim: Xalqa sadiqlik təcəssümü
19-12-2023, 12:58
Eldar Quliyev: “Heydər Əliyev İli başa çatsa da, Azərbaycanda Heydər Əliyev epoxası əsrlər boyu davam edəcək”